"Qurandan sizә müyәssәr olanı oxuyun." ("Muzzәmmil" 20)
Sәn, ey Quranı sevәn, onun ayәlәrini müqәddәs hesab edәn şәxs... Quran oxumaq bәyәnilәn ibadәtdir vә bunu Allah sevir. Çünki Quran əzәmәt sahibi olan Allahın kәlamıdır. Biz dә, hәr gün Quran oxumaqda әzmkarlıq göstәrmәli vә bu әmәli tәrk etmәmәliyik.
Şübhәsiz ku, Quran qiraәtinin bir әdәbi vardır vә buna riayәt etmәk lazımdlr. Hәmin әdәb qaydalarından bәzilәri bunlardır:
- Quran oxumaq istәdiyimiz zaman dәstәmaz almalı, Allah kәlamını qiraәt edәrkәn paklığa riayәt etmәliyik.
Tәharәt qaydalarına riayәt edә bilmәyәn şәxsә, Qurani-kәrimin ayәlәrinin yazılarına әli ilә toxunmasına icazә verilmir;