08.04.2016

Peyğəmbər səhabələri və ilahi razılıq


Biz peyğəmbərin yoldaşları, onunla ünsiyyətdə olanların hamısının təqvalı və dindar olmadıqlarına inanırıq. Amma bir çox mötəbər kitablarının söylədiyi məlumatlara görə, Bədr döyüşü və Hüdeybiyyə sülhündə iştirak edən bütün müsəlmanlarının Behiştə daxil olacaqları söylənilir. Bu nə dərəcədə düzdür? Bu hədisi doğru hesab etmək olarmı?

İnsan daim hərəkətdə olan varlıqdır və o, öz fəaliyyəti zamanı bir çox dəyişikliklər edir. Bəzən təkamüə doğru, bəzən isə geriyə addım atır. Onun hərəkətlərinin bir hissəsinin Allah və rəsulunun razılığına səbəb olub, başqa vaxt etdiyi müəyyən hərəkətlərin bu cür olmaması mümkündür. Bir insanın etdiyi hər bir yaxşılığa zəmanət verildiyinə dair əlimizdə heç bir sübut yoxdur. ("İnsana ancaq öz zəhməti (səyi, çalışması, əməli) qalar!" - "Nəcm", 39).

Bir dəstənin zamanın müəyyən hissəsində etdiyi əməllərinin Allah və rəsulunun razılığına səbəb olub, başqa bir zaman kəsiyində bu cür olmaması mümkündür. Bu məsələdə mühüm hesab edilən nəticənin xeyirli və məqbul olmasıdır. Bu girov insanların daimi iman və əməlidir. Rizvan beyəti, Hüdeybiyyə sülhü və Bədr döyüşü də bu cürdür.

Fərid Abdullah.
"Hövzə" saytının materialı əsasında

Комментариев нет:

Отправить комментарий