03.04.2016

Kosmosda namaz qılmaq

Bəzən belə bir maraqlı suallar da verilir:
Bir astronavt kosmosda qibləni necə təyin etməlidir? Dəstəmazını necə almalı, namazını necə qılmalıdır? Yer kürrəsinin sərhədlərini keçmişsə, namazını tam ya qısaldılmış (qəsr) qılmalıdır?
İstənilən hal və şərtlər daxilində vacib namazlar heç vaxt insanın boynundan götürülmür. Namaz qılmaq üçün şəri öhdəçilik üçün gərəkən yetkinlik yaşına çatdıqdan sonra insan düşdüyü situasiyadan asılı olmayaraq namazlarını qılmalıdır.
Fəza və ya kosmik gəmidə olan insan ayaq üstə durmaq iqtidarındadırsa, namazını ayaq üstə qılmalıdır. Bunu bacarmırsa hansı şəkildə imkanı çatırsa, namazını o cür qılmalıdır. Hətta işarə ilə belə olsa, namazlarını yerinə yetirməlidir.
Kosmosda olan kəslər yer kürrəsi istiqamətinə dursalar, üzü qibləyə durmuş kimidirlər. Amma əgər yer kürrəsinin istiqamətini təyin edə bilmirlərsə, (imkan şəraitində) dörd tərəfə namazlarını qılmalıdırlar. Bu da alınmırsa hər hansı tərəfə qılmaq istəsələr qılmaları kifayət edir. (Seyid Ruhullah Musəviyə ünvanlanmış sual-cavablar, Məracenin Tovzihul-Məsaili)

Dəstəmaz almağa gəlincə, imkan varsa dəstəmazlarını almalıdırlar. Buna şərait yoxdursa təyəmmüm etməlidirlər. Amma təyəmmüm almağa da imkan olmasa, namazlarını dəstəmazsız və ya təyəmmümsüz qılmalıdırlar. Amma vacib ehtiyata əsasən bu cür halda qılınan namazın qəzasını daha sonra yenidən qılmaq gərəkdir. (Seyid Ruhullah Musəvinin göstərişinə əsasən)
Namazın tam və ya qəsr halda qılınmasına gəlincə, astronavt fəzada bir yerdə 10 gün və ya daha çox qalacağını bilirsə, namazlarını tam şəkildə qılacaq. Əks təqdirdə qısaldılmış formada qılmalıdır. Əgər "astronavtlıq" onun peşəsidirsə, birinci səfərindən sonra istər vətəni olsun, istər vətəni sayılmayan yer on gün və ya daha çox qalmazsa, ikinci sədərində namazı tam qılacaq. Amma istər öz vətənində, istər vətəni olmayan yerdə 10 gün qalsa və yenidən fəzaya getsə, namazı qısaldılmış halda qılacaq. (Məracenin Tovzihul-Məsaili)

Комментариев нет:

Отправить комментарий