03.04.2016

Evlənərkən Həzrət Fatimənin neçə yaşı vardı?

Maraqlı bir sual ünvanlayıblar. Ona cavab verməyə çalışaq. Sual ediblər ki, İmam Əli (ə) Xanım Fatimə ilə ailə qurduqda neçə yaşları olub?
Qeyd edək ki, bu evliliyin dəqiq tarixi barədə fikrilər müxtəlif olduğu üçün, onların yaşının neçə olması barədə müxtəlif fikirlər sürülüb. Bu evliliyin hicrətdən sonra bir, iki ya da üçüncü ilində olduğu güman edilir. Evlilik zamanı Fatimeyi Zəhranın neçə yaşı olması barədə olan fikir ayrılıqları:
1. Bəzi alimlər izdivac zamanı Həzrət Zəhranın yaşını 9, 10 və ya ən çoxu 11 qeyd ediblər.
2. Digər alimlər qeyd ediblər ki, xanım Fatimə peyğəmbərin 41 yaşı olarkən dünyaya gəlib və Həzrət peyğəmbər Ühüd döyüşündən sonra qızı ilə İmam Əlinin nikahını bağlayır və o zaman Həzrət Fatimənin yaşı 15 yaş 5 ay yarım, Həzrət Əlinin yaşı isə 21 yaş 5 aş yarım olur.
3. Həzrət Fatimənin evlilik zamanı yaşının 14 olduğunu qeyd edənlər də vardır.
4. Bir sıra alimlər isə evlilik zamanı Həzrət Fatimənin yaşının 18 olduğunu qeyd etmişlər. İbn Həcər "Əl-İsabə", İbn Səd "Ət-Təbəqatul-kubra"da həmin fikri rəvayət etmişlər.

Комментариев нет:

Отправить комментарий