13.07.2014

Ramazan ayında sədəqə vermək

İmam Sadiqdən nəql olunmuşdur ki, kim Ramazan ayında sədəqə versə Allah ondan yetmiş növ bəlanı uzaqlaşdırar.
***
Qeyd: Sədəqə yalnız maddi baxımdan pul ödəmək deyil. Bəzən insan bir təbəssüm belə sədəqə verə bilir. Ola bilər ki, kimsə kiməsə bildiyini öyrətməklə sədəqə verər. Sədəqə paylaşmaqdır, bölüşməkdir. Sədəqə vermək başqalarını özün kimi görmək istəyidir.
İndiki zamanda ən yaxşı sədəqə ehtiyacı olub da, başqalarına ağız açmayan birisinə əl tutmaqdır. Küçə qaraçıları və yolçuları zatən qazanırlar. Hansısa bir müəllimdən yüksək qazanc əldə edirlər. Amma bir tələbə ola bilər ki, dərs oxuyur, amma axşam iftar etməyə yeməyi yoxdur, ağız da açmır. Bax onları gözdən qaçırtmaq qəbahətdir.
Əgər biz sədəqə verməklə hansı bəlaları özümüzdən uzaqlaşdırdığımızı bilsəydik, sözsüz ki, xeyir işlər görməyi bir an belə təxirə salmazdıq.

Комментариев нет:

Отправить комментарий