09.04.2016

Ruzi duası


يَا رَازِقَ الْمُقِلِّينَ وَ يَا رَاحِمَ الْمَسَاكينَ وَ يَا وَلِيَّ الْمُؤْمِنِينَ وَ يَا ذَاالْقُوِّةِ الْمَتِين صَلِّ عَلَى مُحَمَّدٍ وَ أَهْلِ بَيتِهِ. وَ ٱرْزِقْنِي وَ عَافِنِي وَ ٱكْفِنِي مَا أَهَمَّنِي
1.Ya raziqəl-muqillin. Və ya rahiməl-məsakin, və ya vəliyyəl-mu`minin, və ya zəl-quvvətil-mətin. Salli əla Muhəmmədin və Əhli-bəytihi. Vərzuqni və afini vəkfini ma əhəmməni.
اللّهُمَّ ٱرْزُقْنِي مِن فَضْلِكَ ٱلْوَاسِعِ ٱلْحَلالِ ٱلطَّيِبِ رِزْقاً وَاسِعاً حَلَالًا طَيِّباً بَلَاغاً لِٱلدُّنيَا وَ ٱلْآخِرَةِ صَبّاً وَ صَبّاً هَنِئاً مَرِيئاً مِن غَيرِ كَدٍّ وَ لا مَنٍّ مِن أَحَدٍ مِن خَلْقِكَ إِلَّا سَعَةً مِن فَضْلِكَ ٱلْوَاسِع فَإِنَّكَ قُلْتَ وَٱسْئَلُوا ٱللّه مِن فَضْلِهِ فَمِن فَضْلِكَ أَسْئَلُ وَ مِن عَطِيَّتِكَ أَسْئَلُ  وَ مِن يَدِكَ ٱلْمَلَإِ أَسْئَلُ 

2. Allahummərzuqni min fədlikəl-vasi`il-həlalit-təyyibi rizqən vasiən həlalən təyyibən bəlağən lid-dunya vəl-axirəh. sabbən və sabbən həni`ən məri`a. Min ğəyri kəddin və la mənnin min əhədin min xəlqikə illa sə`ətən min fədlikəl vasi`. Fə`innəkə qultə vəs`əlullahə min fədlih. Fəmin fədlikə əs`əlu və min ətiyyətikə əs`əlu və min yədikəl-mələi əsəl.

Başqa bir istək namazı

Bu belə bir namazdır ki, Şeyx Müfid, Şeyx Tusi, Seyid ibn Tavus və bir çox başqa alimlər onu İmam Sadiqd ən nəql etmişlə r. Bu namazın qılınma qaydası Seyidin rəvayəti ilə müvafiqdir. Belə ki, mühüm hacə tin olduğu zaman üç gün oruc tut. Bu günlər çərşənbə, cümə axşamı və cümə günləri olmaqla ardıcıl olsun. Cümə günü olan zaman qüsl al, təmiz və təzə bir paltar geyin, sonra evinin ən uca yerinə qalxaraq iki rəkət namaz qıl, daha sonra əlini sə maya qaldıraraq de:

اَللّهُمَّ اِنّى حَلَلْتُ بِساحَتِكَ لِمَعْرِفَتى بِوَحْدانِيَّتِكَ وَ صَمَدا نِيَّتِكَ وَ اَنَّهُ لا قادِراً عَلى قَضآءِ حاجَتى غَيْرُكَ وَ قَدْ عَلِمْتُ يا رَبِّ اَنَّهُ كُلَّما تَظاهَرَتْ نِعْمَتُكَ عَلَىَّ اشْتَدَّتْ فاقَتى اِلَيْكَ وَ قَدْ طَرَقَنى هَمُّ كَذا وَ كَذا 

Oxunuşu: Allahummə inni hələltu bisahətikə limə`rifəti bivəhdaniyyətikə və samədən niyyətikə və ənnəhu la qadirən əla qəda`i hacəti ğəyrukə, və qəd əlimtu ya rəbbi ənnəhu kulləma təzahərət ni`mətukə ələyyəş-təddət faqəti iləykə və qəd təraqəni həmmu kəza və kəza (kəza və kəzanın yerinə istəklərini dilə)

Cəfər Təyyar namazı (Geniş mətn)


Bu namaz fəlsəfə daşı və qırmızı kibritdir (Bu iki ifadə hərəsi ayrı-ayrılıqda bir mövzudur ki, işarə etmirik. Qısaca onu deyək ki, bu iki şey nadir (demək olar ki, tapılmayan) şeydir, lakin əldə olunsa insan sonsuz xeyirə sahib olar.). Onun zəngin fəziləti barədə bir çox mötəbər sənədlərdə rəvayət olunmuşdur. Belə ki, bu fəzilətin ən mühümü böyük günahların bağışlanmasıdır. Bu namazı qılmağın ən yaxşı vaxtı Cümə gününün başlanğıcıdır. Bu namaz 4 rəkətlidir, iki təşəhhüd və iki salamı var (Yəni, iki dənə iki rəkətli namaz qılmaq). Birinci rəkətdə "Fatihə" surəsindən sonra "Zilzal", ikinci rəkətdə "Fatihə" surəsindən sonra "Adiyat" surəsi oxunulur:

08.04.2016

Məsxərə olunan 7 şey

İmаm Rzа (ә) buyurub: “Yеddi şеy məsxərə оlunur: 1. Dildә tövbә еdib әmәldә tövbә еtmәyәn şәхs; 2. Аllаhdаn uğur istәyib, tәlаş еtmәyәn şәхs; 3. Cәnnәt müştаğı оlub, bәlаlаrın vә çәtinliklәrin qаrşısındа sәbir еtmәyәn şәхs; 4. Cәhәnnәm оdundаn Аllаhа pәnаh аpаrаn, аmmа dünyаnın qеyri-şәri lәzzәtlәrini еdәn şәхs; 5. Ölümü хаtırlаyıb, оnа hаzır оlmаyаn şәхs; 6. Аllаhı yаd еdib, оnun görüşünә müştаq оlmаyаn; 7. Günаhı isrаr еdib, tövbә еtmәdәn Аllаhdаn әfv tәlәb еdәn şәхs.” (“Nәsаyih”, sәh. 272)

Uğur qazanmaq istəyən şəxs bu yeddi əsas göstəriciyə diqqət etməlidir. Əgər fərd dünya və axirətdə nəyəsə nail olmaq istəyirsə özünə qarşı xüsusi diqqət göstərməlidir. İmam Rzanın qeyd etdiyi bu göstəricilərin təcəssümü əksər insanlarda müşahidə olunur. Uğur qazanmadığına, həyatda çarəsiz qaldığına görə şikayət edən insanlara diqqət edin. Demək olar ki, bu 7 xüsusiyyətdən birinin onlarda olduğunu görəcəksiz. Beləliklə, su quyusunun üzərində durub "Su, su, mənə su verin!" deyə haray salan insanlara düzgün yol göstərmək və ya özümüzün bu zümrədən olmamağımız üçün bu göstəricilərə diqqət etmək lazımdır.

Allahı dərk etmək mümkündürmü?


Qeyri-mümkünlük və bənzətmə
Allahın cövhərinə varmaq qeyri-mümkündür. Haqqında "La ismə ləhu və la rəsmə ləhu" (Onun adı və forması yoxdur) qeyd edilmiş "qeyblərin qeybi" (ğəybul-ğuyub) və arif və sufilərin istifadə etdiyi "ənqa" bir kəsə aşkar olmayacaq Haqqın zatına işarədir.
İnsan ağlı ilahi ad və atrebutları dərk etmək iqtidarındadırmı? Bir qrup ağlın bu meydanda (Allahı dərk etməkdə) aciz olduğunu deyir. Başqa bir qrup deyir ki, insan ağılı mümkün varlıqların xüsusiyyətlərini səciyyələndirib, anladığı kimi Allahın ad və atrebutlarını də dərk edə bilər. Bu "təşbih"dir. (bənzətmə). Digər qrup deyir, insan ağlı mümkün varlıqların xüsusiyyətlərini anladığı kimi, Cənab Haqqın sifətlərini də anlaya bilər. Ancaq bu sifətləri Allaha o zaman nisbət verə bilər ki, nöqsan, məhdudiyyət və zəiflik cəhətlərini ondan uzaqlaşdırsın. 

Allahın bir işi vasitəli və ya vasitəsiz görməsi nə deməkdir?

Allah öz işlərini səbəb və vasitələr əsasında icra edir. Əlbəttə, Allahın qüdrəti sonsuzdur ("Allahın (qüdrət) əli onların əllərinin üstündədir"), Adi və görünən vasitələrdən əlavə görünməyən vasitələr də var ki, bizim müşahidə etdiyimiz aşkar səbəblər onların güc və qüdrəti çərçivəsindədir. Əgər Allah istəsə, bu görünməyən vasitələrlə aşkar vasitələri təsir çərçivəsindən çıxarar və bizi görünən vasitələrdən ehtiyacsız edər Əlbəttə, bütün bu səbəblər Allahın bir-birindən asılı və tabe olan səbəbiyyət silsiləsindədir. Vasitələrin heç biri özü-özlüyündə müstəqil deyil və birbaşa Allahdan asılıdırlar.

Peyğəmbər səhabələri və ilahi razılıq


Biz peyğəmbərin yoldaşları, onunla ünsiyyətdə olanların hamısının təqvalı və dindar olmadıqlarına inanırıq. Amma bir çox mötəbər kitablarının söylədiyi məlumatlara görə, Bədr döyüşü və Hüdeybiyyə sülhündə iştirak edən bütün müsəlmanlarının Behiştə daxil olacaqları söylənilir. Bu nə dərəcədə düzdür? Bu hədisi doğru hesab etmək olarmı?

İnsan daim hərəkətdə olan varlıqdır və o, öz fəaliyyəti zamanı bir çox dəyişikliklər edir. Bəzən təkamüə doğru, bəzən isə geriyə addım atır. Onun hərəkətlərinin bir hissəsinin Allah və rəsulunun razılığına səbəb olub, başqa vaxt etdiyi müəyyən hərəkətlərin bu cür olmaması mümkündür. Bir insanın etdiyi hər bir yaxşılığa zəmanət verildiyinə dair əlimizdə heç bir sübut yoxdur. ("İnsana ancaq öz zəhməti (səyi, çalışması, əməli) qalar!" - "Nəcm", 39).