Allah öz işlərini səbəb və vasitələr əsasında icra edir. Əlbəttə, Allahın qüdrəti sonsuzdur ("Allahın (qüdrət) əli onların əllərinin üstündədir"), Adi və görünən vasitələrdən əlavə görünməyən vasitələr də var ki, bizim müşahidə etdiyimiz aşkar səbəblər onların güc və qüdrəti çərçivəsindədir. Əgər Allah istəsə, bu görünməyən vasitələrlə aşkar vasitələri təsir çərçivəsindən çıxarar və bizi görünən vasitələrdən ehtiyacsız edər Əlbəttə, bütün bu səbəblər Allahın bir-birindən asılı və tabe olan səbəbiyyət silsiləsindədir. Vasitələrin heç biri özü-özlüyündə müstəqil deyil və birbaşa Allahdan asılıdırlar.
Комментариев нет:
Отправить комментарий