08.04.2016

Batil inanclar


Gündəlik həyatımızda hər gün başımıza müəyyən hadisələr gəlir. Çoxumuzda bunu bəzi batil inanclara bağlayırıq. Müəyyən qədər inanclar var ki, ya onlara, əməl edirik, ya da qorunmağa çalışırıq. Məsələn; Əgər qarşımıza qara pişik, əli süpürgəli bir qadın çıxsa, gün ərzində müəyyən çətinliklərin bizi gözləyəcəyinə inanırıq. Axşam tərəfi dırnaq tutmaq olmaz və.s 

Bəs əslində bunlara inanmaq nə qədər düzgündür? Batil inanclar həqiqətəndə var, yoxsa onlar bizim psixoloji vəziyyətimizi əlaqədardır?

Dinşünas alim Fərid Abdulla ilə söhbətimizdə bir çox suallara cavab tapacağıq.


Batil inanclar nədir ?

-Batil inanc ifadəsinin əksi həqiqi inancdır. İnanc dedikdə bizim dildə bu ifadəyə ən çox adət-ənənə, sınamalar və s. bu qəbildən olan terminləri salmaq olar. Əslində inam və inanc tamam fərqli şeydir. Lakin Azərbaycanda inanc ya bir kəsin dinə etiqadı, ya da hər hansı bir mistik hadisələrə inamdır. Batil inanc sübutu olmayan və ya həqiqətə oxşayan bir şey, lakin həqiqət olmayan bir məfhumdur. Əfsuslar olsun ki, batil inanc bu gün ən çox yayılmış bir təsadüfdür. Bu inanc yalnız dinlə bağlı deyil. Bütün dünya ölkələrində problemlə aciz qalan insanlar mistik qüvvə ilə problemi həll etmək istəmək qəsdilə belə bir şey yaradırlar.


Batil inancların dində yeri ?

-Batil inanc heç bir vəchlə dində qəbul edilmir. Çünki inancın kökü olmalıdır. Kökü və əsası olmayan şey isə məhvə məhkumdur. Dində Allaha şərik qoşman bağışlayanmayan günah hesab edilir. Allaha inam bəsləyən bir kəs Ondan başqasından yardım ummur. Əgər biz Allahın qüdrət və qüvvət sahibi olduğunu iddia ediriksə, gözmuncuğunu qüdrət və qüvvət sahibi bilmək heç düzgün hesab edilərmi? Bu daş parçasl özü-özünü qoruya bilmədiyi halda ondan nəsə ummaq düzgündürmü? Belə şeylər günah hesab edilir.


Bəzən həyatımızda uğursuzluqlar baş verəndə, "Deməli Tanrı məni pis bir hadisədən qorudu, betərin betəri var" deyirik. Bu batil inanclardı, yoxsa insanın özünə verdiyi təskinlikdir?

-Əslində həyatda hər şey xüsusi bir nizam çərçivəsində gedir. "Nə əkərsən onu da biçərsən" məsəli kimi. Hər bir uğursuzluğu Allahın ayağına yazmaq məsuliyyətdən qaçmaqdır. Allahın istəyi budur ki, biz azadseçimli olaq. Amma azadseçimlilikdən sui-istifadə etmək Allahla bağlı deyil. Yaxşı olar ki, hər kəs uğursuzluğunu özündə axtarsın, səbələrini araşdırsın və mövcud maneələri aradan qaldırsın.


Ziyarətgahlar batil inanc sayılırmı? Ziyarətgahda dua zamanı çox insan istəyini Tanrından, yox məhz getdikləri ocaqlardan istəyirlər. Bu nə qədər düzgündür? 

-Ziyarətgah, qəbiristanlıqlar, məqbərələr və s. özü-özlüyündə maneə deyil. Amma saxta ziyarətgahlar da kifayət qədərdir ki, insanlar sadəlövh və cahillikdən belə yerlərə üz tuturlar. Lakin peyğəmbər və imamlar, həmçinin möminlərin məzarları üzərinə gedib onlar üçün dua söyləmək, onları ziyarət etmək faydalıdır. Bu iş həm bizə ölümü xatırladır, həm də savab qazandırır. Hətta peyğəmbər belə olsun, onu ilahiləşdirmək özü də günahdır. Lakin "Ey mənim Allahım, səni and verirəm Həzrət Məhəmmədə, bu dahi şəxsə xatir mənim çətinliklərimi həll et" kimi dualar etməyin bir maneəsi yoxdur. Lakin "Ay Mirmövsüm ağa, mənə övlad ver" demək sözsüz ki, səhvdir və bu adətən məlumatsızlıqdan və təqliddən doğur. Yoxsa hər kəs bilir ki, heç bir qüvvə Allaha tay olmaz. Buna görə də, həmin şəxsləri maarifləndirmək lazımdır.


Hörümçək İslam Peyğəmbərini xilas etdiyi üçün müqəddəs sayılır. Deyilənə görə evdə hörümçək olanda onu öldürmək olmaz. Tor olan evdə ruzi-bərəkət olmur. Bu haqqda "Qurani Kərimdə" və ya Hədislərdə hansı məlumatlar var ?


-Bu sualınıza elə Quran ayəsi ilə cavab verək. Quranın "Ənkəbut" (Hörümçək) surəsində buyurulur: "Allahdan başqa özlərinə dost (hami) qəbul edənlər özünə yuva qurmuş hörümçəyə bənzəyirlər. Evlərin ən zəifi isə, şübhəsiz ki, hörümçək yuvasıdır. Kaş biləydilər! (Hörümçək toru möhkəm olmayıb adicə bir yel nəticəsində dağıldığı kimi, onların bu dostlarının da heç bir etibarı yoxdur. Bərk ayaqda onları qoyub qaçarlar). Şübhəsiz ki, Allah onların Allahı qoyub nəyə ibadət etdiklərini bilir. O, yenilməz qüvvət sahibi, hikmət sahibidir! Biz bu məsəlləri insanlar üçün çəkirik. Onları yalnız (haqqı) bilənlər anlayarlar." (41,43-cü ayələr)


Bu ayə elə bu mövzuya gözəl cavab verdi, həm də suala. Hörümçək möcüzəvi, müqəddəs bir heyvan deyil. Yəni, bu da batil bir inancdır.

Hazırladı: İlahə Quliyeva./starxeber/

Комментариев нет:

Отправить комментарий