Qeyri-mümkünlük və bənzətmə
Allahın cövhərinə varmaq qeyri-mümkündür. Haqqında "La ismə ləhu və la rəsmə ləhu" (Onun adı və forması yoxdur) qeyd edilmiş "qeyblərin qeybi" (ğəybul-ğuyub) və arif və sufilərin istifadə etdiyi "ənqa" bir kəsə aşkar olmayacaq Haqqın zatına işarədir.
İnsan ağlı ilahi ad və atrebutları dərk etmək iqtidarındadırmı? Bir qrup ağlın bu meydanda (Allahı dərk etməkdə) aciz olduğunu deyir. Başqa bir qrup deyir ki, insan ağılı mümkün varlıqların xüsusiyyətlərini səciyyələndirib, anladığı kimi Allahın ad və atrebutlarını də dərk edə bilər. Bu "təşbih"dir. (bənzətmə). Digər qrup deyir, insan ağlı mümkün varlıqların xüsusiyyətlərini anladığı kimi, Cənab Haqqın sifətlərini də anlaya bilər. Ancaq bu sifətləri Allaha o zaman nisbət verə bilər ki, nöqsan, məhdudiyyət və zəiflik cəhətlərini ondan uzaqlaşdırsın.
Cənab Haqqa (yalnız) uyğun sifətləri nisbət verirlər ki, bu da "tənzih"dir (Allaha layiq bilinməyən sifətləri Ondan uzaq tutmaq) və düzgün hesab edilir. Məsələn, Allah qüdrət sahibidir dedikdə, birinci qrup: "Biz bu ifadənin mənasını anlamırıq." - deyir. İkinci dəstə: "Zeyd və Ömər qüdrətli olduğu kimi, Allah da qüdrət sahibidir." - deyir. Üçüncü dəstə isə: "Zeyd və Ömər qüdrətli olduğu kimi, Allah da qüdrət sahibidir. Amma Allahın qüdrəti məhdud deyil, mütləqdir, zəiflik, acizlik və maddiyyatdan uzaqdır.
Fərid Abdullah
"Hövzə" saytının materialı əsasında
Комментариев нет:
Отправить комментарий