02.03.2016

Dinin əsasları: Ədalət

Әgәr bir müәllimin yaxşı oxuyan, çalışqan bir tәlәbәyә şuluq salan vә üz gәtirәn tәlәbәnin qiymәtini yazan görsәk, etiraz edib "müәllim әdalәtsizdir!" deyәcәyik. Çünki müәllim yaxşı oxuyan tәlәbәyә haqqı çatan qiymәti yazmamışdır.

Müәllim hәr bir tәlәbәnin davranışı, dәrsdә iştirakı vә hazırlığını nәzәrә alaraq ona qiymәt yazmalıdır. Әgәr bir müәllimin әdalәtli olmağı şәrtdirsә, necә ola bilәr ki, bizi yaradan Allah әdalәtsiz olsun?

Quranın hansı ayəsində beş "ulul-əzm" peyğəmbərin adı çəkilmişdir?


İlk əvvəl onu deyək ki, "ulul-əzm" hökm (şəriət) sahibi deməkdir. Bu ifadə "Əhqaf" surəsi 35-ci ayədə qeyd edilmişdir. "Ulul-əzm" peyğəmbərlərin 3 əsas göstəricisi var: onlar cahanşümul dəvətə, şəriət və dinə, həmçinin İlahi kitaba malik olmalıdır. "Ulul-əzm" peyğəmbərlər beşdir: Hz. Nuh (səhifələr nazil olub), Hz. İbrahim (səhifələr nazil olub), Hz. Musa (Tövrat nazil olub), Hz. İsa (İncil nazil olub), Hz. Məhəmməd (Quran nazil olub). Bu beş "Ulul-əzm" peyğəmbərin hamısının adı "Əhzab" surəsi 7-ci ayədə çəkilmişdir. Ayə belədir: "(Ya Rəsulum!) Xatırla ki, Biz bir zaman peyğəmbərlərdən əhd almışdıq: səndən də, Nuhdan da, İbrahimdən də, Musadan da, Məryəm oğlu İsadan da! Biz onlardan möhkəm bir əhd almışdıq..."

Quran və peyğəmbərlər

İlahi peyğəmbərlərdən iyirmi altısının adı Qurani-Kərimdə qeyd edilmişdir. Qeyd edilmiş peyğəmbərlərin adları bunlardır: Adəm, Nuh, İdris, Saleh, Hud, İbrahim, İsmayıl, İshaq, Yusif, Lut, Yəqub, Musa, Harun, Şüeyb, Zəkəriyyə, Yəhya, İsa, Davud, Süleyman, İlyas, Əlyəsə, Zülkifl, Əyyub, Yunis, Üzeyr, Məhəmməd (Allahın salamı olsun onlara)

Alimlər arasında adlar barədə müəyyən fərqlər vardır. Ən məşhur fikri yuxarıda qeyd etdik.

"Ənam" surəsinin 83-dən 86-ya qədər ayələrində on səkkiz peyğəmbərin adı çəkilmişdir.

Quran surələrinə adları verilmiş peyğəmbərlər bunlardır: İbrahim, Məhəmməd, Nuh, Hud, Yusif, Yunis (Allahın salamı olsun onlara).

"Ayətəl-kürsi" haqqında

"Ayәtәl-kürsi"nin oxunuşu:
Bismillahir-rәhmanir-rәhim
Allahu la ilahә illa huvәl-hәyyul-qayyum, la tә'xuzuhu sinәtun vә la nәum, lәhu ma fis-sәmәvati vә ma fil-ard, mәn zәl-lәzi yәşfә'u indәhu illa bi'iznih, yә'lәmu ma bәynә әydihim vә ma xalfәhum, vә la yuhitunә bişәy'in min ilmihi illa bima şa'ә vәsi'ә kursiyyuhus-sәmavati vәl-ard, vә la yә'uduhu hifzuhumә, vu huvәl-әliyyul-әzim. ("Bәqәrә", 255)

Tәrcümәsi: 
"Allahdan başqa heç bir tanrı yoxdur, əbədi, əzəli varlıq Odur. O nə mürgü, nə də yuxu bilər. Göylərdə və yerdə nə varsa (hamısı) Onundur. Allahın izni olmadan (qiyam ətdə) Onun yanında (hüzurunda) kim şəfaət (bu və ya digər şə xsin günahlarının bağışlanmasını xahiş) ed ə bilər? O, bütün yaranmışların keçmişini və gələcə yini bilir. Onlar (yaranmışlar) Allahın elmind ən Onun Özünün istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun kürsüsü (elmi, qüdrət və səltənəti) göyləri və yeri əhatə etmişdir. Bunları mühafiz ə etmək Onun üçün heç də çətin deyildir. Ən uca, ən böyük varlıq da Odur!"

"İnfitar" surəsinin bir neçə ayəsi barədə düşüncə

"Göy parçalanacağı zaman; Ulduzlar dağılıb səpələnəcəyi zaman; Dənizlər (qaynayıb bir-birinə ) qarışacağı zaman; Qəbirlər çevriləcəyi (qəbirlə rin altı üstünə çevrilib ölülər oradan çıxacağı) zaman; Hər kəs (dünyada) nə etdiyini və (özündən sonra) nə qoyub getdiyini biləcəkdir! Ey insan! Səni kərim olan Rəbbinə qarşı aldadan (v ə ya: məğrur edən) nədir? O Rəbbin ki, sə ni (yoxdan) yaratdı, düzəldib qaydaya (insan şəklinə ) saldı. Sənə Özü istədiyi surətdə biçim verdi. ("İnfitar", 1-8 ayәlәr)
Bu ayәlәrin izahı Qiyamәtin әlamәtlәrini açıqlayır vә bu әlamәtlәri insanlar axır lәhzәlәrdә, Qiyamәt günün baş verәcәyi zaman müşahidә edәcәklәr. Hәmin hadisәlәrdәn bәzisinә baxaq:

"Hucurat" surəsinin bir neçə ayəsi barədə düşüncə

"Ey iman gətirənlər! Bir qövm digərini lağa qoymasın. Ola bilsin ki, onlar (lağa qoyulanlar) o birilərindən (lağa qoyanlardan Allah yanında) daha yaxşı olsunlar. Qadınlar da bir-birinə (rişxənd eləməsinlər). Bəlkə, onlar (rişxənd olunanlar) o birilərindən (rişxənd edənlərdən) daha yaxşıdırlar. Bir-birinizə tənə etməyin (ayıb tutmayın) və bir-birinizi pis ləqəblərlə çağırmayın. İman gətirdikdən sonra fasiq adını qazanmaq necə də pisdir. Məhz tövbə etməyənlər zalımlardır!
Ey iman gətirənlər! Çox zənnə-gümana qapılmaqdan çəkinin. Şübhəsiz ki, zənnin bəzisi (heç bir əsası olmayan zənn) günahdır. (Bir-birinizin eybini, sirrini) arayıb axtarmayın, bir-birinizin qeybətini qırmayın! Sizdən biriniz ölmüş qardaşının ətini yeməyə razı olarmı?! Bu sizdə ikrah hissi oyadar (qeybət də belədir). Allahdan qorxun. Həqiqətən, Allah tövbələri qəbul edəndir, rəhmlidir!" ("Hucurat", 11-12)

Dinin əsasları: Tövhid (Səni kim yaradıb?)

Bir insan hәqiqi müsәlman olması üçün dinin әsaslarına (üsuliddin) iman gәtirmәlidir. Dinin әsasları beşdir: Tövhid, әdl, mübüvvәt, imamәt vә mәad. Bunlara iman gәtirmәsi üçün insan bu әsasları dәrk etmәli, tam vә yaxşı mәnimsәmәli, sadәcә başa düşmәdiyinә görә inkar vә rәdd etmәyә çalışmamalıdır.
Әziz oxucular, gәlәcәk mәqalәlәrdә biz, yuxarıda sadaladığımız әsasların hәr biri haqqında söz açacağıq.

Tövhid

Bu ifadәnin mәnası budur ki, biz bütün mәxluqatın yaradıcısının Allah olduğuna vә Ondan başqa bir mәbud, başqa bir Allah olmadığına iman gәtirmiş vә buna etiqad bәslәmişik.
Mәgәr bu alәmdә gördüyümüz hәr bir şeyin bir yaradıcısı, xaliqi olmalı deyilmi?
Çörәyi kim bişirir? Çörәkçi.
Paltarları kim tikir? Dәrzi.
Evi kim inşa edir? Bәnna.
Bәs bu alәmә, ətrafda hökm surən gözəlliklərə baxan gözlәrimizi kim yaradıb?
Bizi, ağacları, dağları, yeri, göyü, günәşi, ayı vә s yaradılmışları kim yaradıb? Bunun cavabı birdir, bütün eyb vә nöqsanlardan uzaq olan, ucalıq və əzəmət sahibi Allah!