Әgәr bir müәllimin yaxşı oxuyan, çalışqan bir tәlәbәyә şuluq salan vә üz gәtirәn tәlәbәnin qiymәtini yazan görsәk, etiraz edib "müәllim әdalәtsizdir!" deyәcәyik. Çünki müәllim yaxşı oxuyan tәlәbәyә haqqı çatan qiymәti yazmamışdır.
Müәllim hәr bir tәlәbәnin davranışı, dәrsdә iştirakı vә hazırlığını nәzәrә alaraq ona qiymәt yazmalıdır. Әgәr bir müәllimin әdalәtli olmağı şәrtdirsә, necә ola bilәr ki, bizi yaradan Allah әdalәtsiz olsun?
Halbuki Allah әdalәtlidir. O, günahkar vә asi bәndәni, insanlara zülm edib, onlara gün-işıq vermәyәn şәxsin mühakimә edilib cәzalandırılması üçün Cәhәnnәmi yaratmışdır. Hәyatını itaәtlә zәnginlәşdirәn, ömrünü әxlaqi dәyәrlәr üzәrindә quran vә hәm dә insanlıq, bәşәriyyәtin hәqiqәt uğrunda addımlaması üçün zәhmәt çәkәn şәxsin mühakimә edilib mükafatlandırılması üçün Cәnnәti yaratmışdır.
Bәzәn insanlar әdalәt vә müsavatı sәhv salır, Allahın fәrq qoymasına şikayәt edirlәr. Halbuki bütün insanlar Allah qatında eynidir, tәqvalı şәxslәr fәrqlidir. Bilәn vә bilmәyәn insanlar fәrqli olduğu kimi, әdalәt vә zülm dә fәrqlidir. İki gәnci tәhsillә tәmin etmәk müsavat, onların bacarığına görә qiymәtlәndirmәk әdalәtdir.
Allah insanları heç nәyә mәcbur etmir, onlara çıxış yolu göstәrir. Cәnnәt vә Cәhәnnәmә düşәn şәxs, ora әmәllәrinin nәticәsinә görә düşmüşdür. Bәzilәri belә düşünür ki, guya alnımıza xüsusi yazı yazılmışdır vә biz bu proqram әsasında yaşayırıq vә bu yoldan әsla çıxa bilmәrik. Әgәr belә olsaydı, Quran, peyğәmbәr vә imamlar, hәmçinin Qiyamәt gününün mövcudluğu bihudә sayılardı. Hәm dә bir insanın "kaş ki" demәsi onun seçimdә azad olduğunu sübut edәn amillәrdәndir.
Allah әdalәtlidir. O, insanların fitrәtindә әdalәt istәyi yaratmışdır. Hәtta cinayәtkar belә әdalәt arzusundadır. Allah hәr şeyi öz yerindә qәrar vermişdir. Bir şey öz qәdәrindәn çıxa bilmir. Mәsәlәn, xüsusi nizamın müşahidә edilmәsi, insanlara daşıya bilmәyәcәyi yükün vetilmәmәsi dә Allah әdalәtinin nәticәsidir.
Bәzәn dünyaya şikәst uşaq gәlir vә bunda Allahı günahkar çıxartırlar. Halbuki tibb elmi ilә baxsaq, uşağın elә doğulması nizamın pozulması ilә әlaqәdar olacaqdır vә günahkar ya valideynlәr, ya hәkim, ya da başqa şey olacaqdır. Bәs bu nizamın pozulmasının nәticәsi әdalәtә ziddir ya?
Bәzәn dә hansısa ucqar mәmlәkәtdә acından ölәn uşağın intiqamını Allahdan almağa çalışırlar. Guya Allah şәxsәn özü bu işi hәll etmәli idi. Bәs o zaman Allah insanları nә üçün yaradıb, onları bir-biri ilә imtahan edir? Әgәr bu dünyada hәr kәs müftә halında mükafatlandırılsaydı bu әdalәtsizlik olmazdımı?
Әslindә әdalәt mövzusu İslam ideologiyasının tövhid bölmәsindәn ayrılmış bir qoludur. Әdalәt mövzusu ona görә ayrı müzakirә olunur ki, bu xüsusiyyәt Allahın әn müzakirә olunan sifәtidir. Yoxsa ki, әdalәt sifәti әsla Allahın zatından ayrı deyil vә tövhidin tәrkib hissәsidir.
Sonda onu qeyd edәk ki, hәyatda qarşılaşdığımız hәr bir mәsәlәdә әdalәtsizlik görsәk mühakimә etmәyә tәlәsmiyәk. Bәlkә әdalәtsiz olan elә bizik?
Fәrid Abdullah
Halbuki Allah әdalәtlidir. O, günahkar vә asi bәndәni, insanlara zülm edib, onlara gün-işıq vermәyәn şәxsin mühakimә edilib cәzalandırılması üçün Cәhәnnәmi yaratmışdır. Hәyatını itaәtlә zәnginlәşdirәn, ömrünü әxlaqi dәyәrlәr üzәrindә quran vә hәm dә insanlıq, bәşәriyyәtin hәqiqәt uğrunda addımlaması üçün zәhmәt çәkәn şәxsin mühakimә edilib mükafatlandırılması üçün Cәnnәti yaratmışdır.
Комментариев нет:
Отправить комментарий