02.03.2016

Dinin əsasları: Tövhid (Səni kim yaradıb?)

Bir insan hәqiqi müsәlman olması üçün dinin әsaslarına (üsuliddin) iman gәtirmәlidir. Dinin әsasları beşdir: Tövhid, әdl, mübüvvәt, imamәt vә mәad. Bunlara iman gәtirmәsi üçün insan bu әsasları dәrk etmәli, tam vә yaxşı mәnimsәmәli, sadәcә başa düşmәdiyinә görә inkar vә rәdd etmәyә çalışmamalıdır.
Әziz oxucular, gәlәcәk mәqalәlәrdә biz, yuxarıda sadaladığımız әsasların hәr biri haqqında söz açacağıq.

Tövhid

Bu ifadәnin mәnası budur ki, biz bütün mәxluqatın yaradıcısının Allah olduğuna vә Ondan başqa bir mәbud, başqa bir Allah olmadığına iman gәtirmiş vә buna etiqad bәslәmişik.
Mәgәr bu alәmdә gördüyümüz hәr bir şeyin bir yaradıcısı, xaliqi olmalı deyilmi?
Çörәyi kim bişirir? Çörәkçi.
Paltarları kim tikir? Dәrzi.
Evi kim inşa edir? Bәnna.
Bәs bu alәmә, ətrafda hökm surən gözəlliklərə baxan gözlәrimizi kim yaradıb?
Bizi, ağacları, dağları, yeri, göyü, günәşi, ayı vә s yaradılmışları kim yaradıb? Bunun cavabı birdir, bütün eyb vә nöqsanlardan uzaq olan, ucalıq və əzəmət sahibi Allah!
Allah tәkdir vә Onun bir şәriki yoxdur. Nә üçün iki Allahın mövcud olması mümkün deyil? Çünki әgәr kainatın iki yaradıcısı olsaydı fәsad yaranar, nizamsızlıq hökm sürərdi. Mәsәlәn, biri nur saçan günәş yaradar vә onu şәrqdәn çıxarar, digәri isə qara vә zülmәt saçan bir günәş yaradar vә onu qәrbdәn çıxarardı. Bu zaman nәlәr baş verәrdi? Anarxiya, nizamsızlıq vә s. bu kimi işlәr baş verәrdi. Lakin biz kainata, hәtta onun әn xırda bir parçasına baxdıqda dәqiq vә nizamlı bir sistemlә hәrәkәt etdiyini görürük. Çünki bütün bunlar tәk olan Allah tәrәfindәn yaradılmışdır.

Mövzuya aid hekayә

Günlәrin bir günü bir inanclı kişi inancsız birisi ilә insanların gözü qarşısında fikir mübadilәsi aparacaqlarına dair qərara gəlirlər. Hәmin gün yetişdikdә, inancsız kişi tәyin edilmiş yerdә inanclını gözlәmәyә başlayır. Lakin vaxt keçmәsinә baxmayaraq inanclı kişi çox gecikir vә sözlәşdiklәri vaxtda gәlib çıxmır. 

Mömin şәxsin gecikdiyini görən inancsız onu görən kimi məsxərə edərək deyir: "Səni məğlub edəcəyimdən qorxub gec gəlmisən."

Mömin şəxs cavab verir: "Gecikməyimin səbəbi qəribə bir şey görməyimdir. İstəyirsən onun nə olduğunu sənə deyim?" 

Dedi: "Bəli."

Mömin şəxs dedi: "Bura gələrkən gördüm ki, bir balta, özü də onu heç kəs tutub idarə etmədən, öz-özünə ağac doğrayır, hələ çayı keçib sənə çatım deyə, mənim üçün bir qayıq da düzəltdi."

İnancsız kişi güldü: "Məzələnirsən mənimlə?"

Mömin dedi: "Nyə məzələnim ki?! Bəs necə ola bilər ki, sən bir qayığın öz-özünə düzələ biləcəyinə inanmadığın halda, bu kainatın yaradıcısı olmadan yarandığını iddia edirsən? Buna baxmayaraq mən, səndən fərqli olaraq deyirəm ki, bu kainat mahir bir yaradıcı tərəfindən yaradılmışdır və bu mahir yaradıcı bizi və bütün hər şeyi yaradan pak və münəzzəh olan Allahdır ki, təkdir və Onun heç bir şəriki yoxdur. 

İnancsız kişi daha dinmədi, susdu... Çünki mömin şəxsin haqlı olduğunu bilirdi...


Hazırladı: Fərid Abdullah.

Комментариев нет:

Отправить комментарий