02.03.2016

"Ayətəl-kürsi" haqqında

"Ayәtәl-kürsi"nin oxunuşu:
Bismillahir-rәhmanir-rәhim
Allahu la ilahә illa huvәl-hәyyul-qayyum, la tә'xuzuhu sinәtun vә la nәum, lәhu ma fis-sәmәvati vә ma fil-ard, mәn zәl-lәzi yәşfә'u indәhu illa bi'iznih, yә'lәmu ma bәynә әydihim vә ma xalfәhum, vә la yuhitunә bişәy'in min ilmihi illa bima şa'ә vәsi'ә kursiyyuhus-sәmavati vәl-ard, vә la yә'uduhu hifzuhumә, vu huvәl-әliyyul-әzim. ("Bәqәrә", 255)

Tәrcümәsi: 
"Allahdan başqa heç bir tanrı yoxdur, əbədi, əzəli varlıq Odur. O nə mürgü, nə də yuxu bilər. Göylərdə və yerdə nə varsa (hamısı) Onundur. Allahın izni olmadan (qiyam ətdə) Onun yanında (hüzurunda) kim şəfaət (bu və ya digər şə xsin günahlarının bağışlanmasını xahiş) ed ə bilər? O, bütün yaranmışların keçmişini və gələcə yini bilir. Onlar (yaranmışlar) Allahın elmind ən Onun Özünün istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun kürsüsü (elmi, qüdrət və səltənəti) göyləri və yeri əhatə etmişdir. Bunları mühafiz ə etmək Onun üçün heç də çətin deyildir. Ən uca, ən böyük varlıq da Odur!"

Bunu bilmәk lazımdır ki, "Bәqәrә" surәsi Qurani-kәrimdә әn uzun surәdir. Onun ayәlәri çox vә gözәldir. Lakin bilirsinizmi, bu surәdә әn fәzilәtli ayә hansıdır?
Şübhәsiz ki bu, yuxarıda qeyd etdiyimiz "Ayәtәl-kürsi"dir. Sözsüz ki, bu ayәni әzbәrlәmәklә biz bir çox savab әldә edә bilәrik. Xüsusilә dә әgәr:
1. Namazı qılıb bitirdikdәn sonra oxusaq
2. Yatmamışdan әvvәl qiraәt etsәk.
Allah Tәbarәk vә Taala kәrimdir. Belә isә biz bu ayәni istәnilәn vaxt oxusaq Allah-Taala bizi dünyanın min, axirәtin dә min arzuolunmaz vә xoşagәlmәz hadisәlәri ilә üzlәşmәkdәn qoruyub-saxlayar .

Комментариев нет:

Отправить комментарий