02.03.2016

"İnfitar" surəsinin bir neçə ayəsi barədə düşüncə

"Göy parçalanacağı zaman; Ulduzlar dağılıb səpələnəcəyi zaman; Dənizlər (qaynayıb bir-birinə ) qarışacağı zaman; Qəbirlər çevriləcəyi (qəbirlə rin altı üstünə çevrilib ölülər oradan çıxacağı) zaman; Hər kəs (dünyada) nə etdiyini və (özündən sonra) nə qoyub getdiyini biləcəkdir! Ey insan! Səni kərim olan Rəbbinə qarşı aldadan (v ə ya: məğrur edən) nədir? O Rəbbin ki, sə ni (yoxdan) yaratdı, düzəldib qaydaya (insan şəklinə ) saldı. Sənə Özü istədiyi surətdə biçim verdi. ("İnfitar", 1-8 ayәlәr)
Bu ayәlәrin izahı Qiyamәtin әlamәtlәrini açıqlayır vә bu әlamәtlәri insanlar axır lәhzәlәrdә, Qiyamәt günün baş verәcәyi zaman müşahidә edәcәklәr. Hәmin hadisәlәrdәn bәzisinә baxaq:

- Sәma param-parça olacaqSәma ulduzlarında qorxunc әzәmәtli partlayışlar baş verәcәk vә biri digәrilә toqquşacaqdır. Alәmin sona çatması üçün hәr şey parçalanacaqdır.
- Dәnizlәr aşıb-daşacaq, bir-birlәri ilә birlәşәrәk vahid dәniz forması alacaqdır.
- Qәbirlәrin torpaqları çevrilәcәk, ölmüş şәxslәr hesab üçün oradan çıxacaqlar. Hәmin vaxt insan әmәllәrinin yaxşı vә pis olmasını açıq şәkildә bilәcәkdir. Çünki onu qarşısında açıq şәkildә görәcәkdir.

Hazırladı: Fәrid Abdullah .

Комментариев нет:

Отправить комментарий