02.03.2016

Quranın hansı ayəsində beş "ulul-əzm" peyğəmbərin adı çəkilmişdir?


İlk əvvəl onu deyək ki, "ulul-əzm" hökm (şəriət) sahibi deməkdir. Bu ifadə "Əhqaf" surəsi 35-ci ayədə qeyd edilmişdir. "Ulul-əzm" peyğəmbərlərin 3 əsas göstəricisi var: onlar cahanşümul dəvətə, şəriət və dinə, həmçinin İlahi kitaba malik olmalıdır. "Ulul-əzm" peyğəmbərlər beşdir: Hz. Nuh (səhifələr nazil olub), Hz. İbrahim (səhifələr nazil olub), Hz. Musa (Tövrat nazil olub), Hz. İsa (İncil nazil olub), Hz. Məhəmməd (Quran nazil olub). Bu beş "Ulul-əzm" peyğəmbərin hamısının adı "Əhzab" surəsi 7-ci ayədə çəkilmişdir. Ayə belədir: "(Ya Rəsulum!) Xatırla ki, Biz bir zaman peyğəmbərlərdən əhd almışdıq: səndən də, Nuhdan da, İbrahimdən də, Musadan da, Məryəm oğlu İsadan da! Biz onlardan möhkəm bir əhd almışdıq..."
Sual verə bilərsiz ki, bəs, Hz. Davuda Zəbur nazil olduğu halda nə üçün "ulul-əzm" hesab edilmir? Cavab verərik ki, Hz. Davudun kitabı müstəqil, yeni əhkam və şəriət kitabı olmayıb. Belə ki, Hz. Adəm, Hz. Şis və Hz. İdrisə də kitab nazil olmuşdur. Lakin onlar da "ulul-əzm" hesab olunmayıblar.

Bu bəhs həm uzun həm də çox maraqlıdır. Bu məsələyə bir neçə tənqid də vermək olar. İnşallah gələcək bəhslərdə bunlara işarə edərik.

Fərid Abdullah

Комментариев нет:

Отправить комментарий