1. İftarı İşa namazından sonraya qədər təxirə salmaq müstəhəbdir. Əgər zəiflik ona qələbə çalsa, iftar etməyi namazdan sonraya saxlamaq çətin gəlsə, bu hal istisnadır.
2. İftarı
halal şeylərlə etmək, hətta haram olmağı barədə şübhə yaranarsa ondan uzaq
durmaq gərəkdir. Daha yaxşı olar ki, iftar xurma ilə açılsın. İftarı su, süd,
halva, nabat, isti su ilə də açmaq yaxşıdır.
3. İftar
vaxtı aşağıda qeyd edilən duaları oxumaq tövsiyə edilmişdir:
اللَّهُمَّ لَكَ صُمْتُ وَ عَلَى رِزْقِكَ أَفْطَرْتُ وَ
عَلَيْكَ تَوَكَّلْتُ
Oxunuşu: Allahummə ləkə sumtu va `alə rizqikə əftartu
va `aləykə təvakkəltu.
İftardan əvvəl
bu duanı oxuyan şəxsə Allah-Taala həmin gün oruc tutan kəslərin savabını əta edər.
Seyid və Kəfəminin qeyd etdiyi “Allahummə rabbə-n-nuri-l-`azim”
duasını oxumağın da çoxlu fəziləti vardır. Rəvayət edilmişdir ki, İmam Əli (ə)
iftar edərkən aşağıdakı duanı oxuyardı:
بِسْمِ اللَّهِ اللَّهُمَّ لَكَ صُمْنَا وَ عَلَى رِزْقِكَ
أَفْطَرْنَا فَتَقَبَّلْ [فَتَقَبَّلْهُ] مِنَّا إِنَّكَ أَنْتَ السَّمِيعُ
الْعَلِيمُ
Oxunuşu: Bismilləhi-l-lahummə ləkə sumnə va `alə
rizqikə əftarnə, fətəqabbəl (fətəqabbəlhu) minnə innəkə əntə-s-səmi`u-l-`alimu.
4. Birinci loxmanı ağıza apararkən bu duanı oxumaq yaxşıdır:
بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ يَا وَاسِعَ
الْمَغْفِرَةِ اغْفِرْ لِي
Oxunuşu: Bismilləhi-r-rahməni-r-rahimi, yə vasi`a-l-məğfirati
iğfir li.
Bu
duanı oxumaq bağışlanmaya səbəb olur. Ramazan ayının hər gününün sonunda Allah-Taalanın
minlərlə insanı cəhənnəm atəşindən azad etdiyi dini mənbələrdə qeyd edilmişdir.
Buna görə də Allah-Taaladan istəmək lazımdır ki, bizi də həmin şəxslərdən qərar
versin.
5. İftar
zamanı “Qədr” surəsini oxumaq
6. İftar
vaxtı sədəqə, oruc tutan şəxslərə bir neçə xurma və ya qurtum su ilə olsa da
iftar vermək. Allah Rəsulundan nəql olmuşdur ki, kim oruc tutan şəxsə iftar
versə həmin şəxsin mükafatı qədər iftar verən şəxsə mükafat verilər.
Ayətullah
Əllamə Hilli “Ər-risalətu-s-sədiyyə” kitabında İmam Sadiqdən hədis nəql etmişdir ki,
hər bir mömin oruc tutan başqa bir möminə bir loxma təam versə, Haqq-Taala onun
üçün otuz mömin bəndəni azad edən kəsin mükafatını yazar və onun duasını qəbul
edər.
Allah-Taala
tutduğunuz orucları qəbul etsin!
Hazırladı: Fərid Abdullah
Комментариев нет:
Отправить комментарий