26.07.2014

"Usvətun həsənətun" nə deməkdir?

Belə bir sual verilə bilər ki, Qurani-kərimdə hansı peyğəmbərlər insanlara gözəl örnək hesab edilib?
Cavab vermək olar ki, "usvətun həsənətun" (gözəl örnək) ifadəsi iki peyğəmbər barədə işlədilib. Biri Həzrət İbrahim (ə) üçün. "Mumtəhənə" surəsinin 4-cü ayəsində Həzrət İbrahim və onunlar birgə olanlar örnək kimi misal çəkilib. Həmin surənin 6-cı ayəsində bir daha onlar örnək kimi göstərilib.
İkinci gözəl örnək misalı Həzrət Məhəmməd (s) üçün işlədilmişdir. Bu ifadəni də "Əhzab" surəsi 21-ci ayədə görə bilərsiz. Ayədə deyilir: "Həqiqətən, Allahın Rəsulu Allaha, qiyamət gününə ümid bəsləyənlər və Allahı çox zikr edənlər üçün gözəl örnəkdir!"
Bir də örnək ifadəsi başqa ifadə ilə - "Məsəl" ifadəsi ilə - Məryəm oğlu İsa (ə) barəsində vardır. "Zuxruf" 59-da oxuyuruq: "O (Məryəm oğlu İsa) ancaq nemət (peyğəmbərlik) verdiyimiz və (Allahın qüdrəti ilə atasız yaradıldığı üçün) İsrail oğullarına örnək (ibrət) etdiyimiz bir bəndədir." Amma burada "usvətun həsənətun" ifadəsi işlədilməmişdir və məna baxımından fərqlidir.
Nəticə: Gözəl örnək ifadəsi əsasən iki peyğəmbər - Hz. İbrahim (ə) və Hz. Məhəmməd (s) barəsində - həmçinin İbrahim (ə) peyğəmbərlə bir olan möminlər barəsində işlədilmişdir.

Fərid Abdullah

Комментариев нет:

Отправить комментарий