Fitr bayramının axşamı, günəş batdığı vaxt həddi-büluğa çatan və ağıllı olub, bihuş, fəqir və başqasının qulu olmayan şəxsə, özü və onun çörək yeyəni sayılan şəxslərin hər biri üçün, bir «sa`» – təqribən 3 kiloqram – öz şəhərində normal olan yeməklərdən, məsələn; buğda, arpa, xurma, kişmiş düyü və qarğıdalı kimi, müstəhəqqə verməlidir. Bunun əvəzinə pul verərsə, kifayətdir. Lazım ehtiyat odur ki, öz şəhərində normal olmayan yeməklərdən, buğda, arpa, xurma və kişmiş də olsa, verməsin.
-Özünün və ailəsinin illik xərclərinə sahib olmayan və onun və ailəsinin xərclərini təmin edəcək bir kəsbi də olmayan bir şəxs, fəqirdir. O şəxsin fitrə zəkatı verməsi vacib deyildir.
-İnsan, fitr bayramı gecəsinin gün batan vaxtı onun çörəyini yeyən hesab olunan şəxslərin fitrəsini gərək versin. İstər kiçik olsun ya böyük, istər müsəlman olsunlar, istərsə kafir, istər onların xərclərini vermək ona vacib olsun, istərsə olmasın, istər onun şəhərində, istərsə başqa şəhərdə olmuş olsalar da, gərək fitrələrini versin.
- Başqa şəhərdə olub, çörək yeyəni hesab edilən şəxsin onun öz malından özünün fitrəsini verməyə vəkil etsə, belə ki, fitrəsini verəcəyinə xatircəm olsa özünün, onun fitrəsini verməsi lazım deyildir.
- Fitr bayramı gecəsi, gün batmazdan əvvəl gəlib onun çörəyini yeyən (müvəqqəti olsa da) hesab olunan qonağın fitrə zəkatı ev sahibinə vacib olar.
- Fitr bayramı axşamı günəş batdıqdan sonra gələn qonağın fitrəsini vermək, onun çörəyini yeyən hesab olunursa, ehtiyata əsasən, onun fitrəsini vermək vacibdir. Əks təqdirdə, vacib deyildir. Bayram gecəsi iftara çağırdığı şəxs ev sahibinin çörəyini yeyən hesab olunmur və onun fitrəsi ev sahibinə vacib deyil.
- Fəqət bir sa` (təqribən 3 kq) buğda və bu kimi şeylərə malik olan şəxsə, müstəhəbbdir ki, fitrə zəkatı versin. Ailəsi olub, onların da fitrə zəkatını vermək istəsə, o bir sa`nı fitrə niyyəti ilə ailə üzvlərindən birinə verər, o da bu niyyətlə bir başqasına verib, bu qayda ilə ailəsinin axırıncı üzvünə qədər dolandırar. Axırıncı şəxsin də aldığı şeyi özlərindən olmayan bir başqasına verməsi daha yaxşıdır. Əgər onlardan biri dəli, yaxud səğir uşaqdırsa, uşağın vəlisi onun yerinə ala bilər. Amma ehtiyat müstəhəbb odur ki, onun niyyətinə deyil, özü üçün götürsün.
- İnsan ailəsinin xərclərini haram maldan versə də, gərək onların fitrəsini halal maldan versin.
FİTRƏ ZƏKATININ XƏRCLƏNMƏSİ
- Fitrə zəkatı vacib ehtiyata əsasən, yalnız fəqirə verilməlidir. Məqsəd budur ki, fitrə zəkatı mal zəkatına müstəhəqq olanların şərtlərini özündə cəm edən şiə fəqirlərə verilməlidir. Amma əgər onun şəhərində şiə fəqir yoxdursa, başqa müsəlmanların fəqirlərinə də verə bilər. Amma hər təqdirdə gərək nasibiyə (Əhli-Beytlə düşmənlik edənə) verilməsin.
- Fitrə verilən fəqirin adil olması lazım deyildir. Lakin vacib ehtiyata əsasən, şərab içən, namaz qılmayan və aşkara günah edənə fitrə verilməsin.
- Fitrəni günah işlərdə xərcləyən şəxsə, gərək fitrə verilməsin.
- İnsan yarım sa`nı bir cinsdən, məsələn; buğdadan və onun başqa yarısını isə arpadan verə bilməz, əgər onu fitrə qiyməti məqsədilə də versə, kifayət deyildir.
- Fitrə zəkatını verdikdə öz fəqir qohumlarını və qonşularını başqalarından üstün tutmaq müstəhəbbdir. Elm, din və fəzilət əhli olan fəqirləri başqalarından üstün tutmaq daha yaxşıdır.
- Əgər insan birinin fəqir olmasını xəyal edib ona fitrə versə, sonra fəqir olmadığını başa düşsə, belə ki, ona verdiyi mal aradan getməmiş olsa, gərək geri alıb müstəhəqqə versin, əgər ala bilməsə, öz malından fitrənin əvəzini verməlidir. Əgər verdiyi şey aradan getmişdirsə, fitrəni alan şəxs aldığı şeyin fitrə olduğunu bilirdisə, onun əvəzini verməsi lazımdır. Əgər bilmirdisə onun əvəzini vermək ona (fəqirə) vacib deyil və insan gərək fitrəni yenidən versin.
- Bir şəxsin «mən fəqirəm» deməsi ilə ona fitrə vermək olmaz. Amma onun sözündən insana xatircəmlik hasil olarsa və ya əvvəllər onun fəqir olduğunu bilirdisə, ona fitrə verilə bilər.
FİTRƏ ZƏKATININ MÜXTƏLİF MƏSƏLƏLƏRİ
- İnsan gərək fitrə zəkatını qürbət məqsədilə, yəni Allah-təalanın əmrini yerinə yetirmək və bəndəçilik məqsədilə versin və onu verən zaman fitrə vermək niyyətini etsin.
- Əgər Ramazan ayından əvvəl fitrə versə, səhih deyildir və yaxşısı odur ki, Ramazan ayında da fitrəni verməsin. Lakin əgər Ramazandan əvvəl bir fəqirə borc versə və ondan sonra fitrə ona vacib olsa, öz borcunu fitrə əvəzi hesab etsə, maneəsi yoxdur.
- Əgər fitrəni qüsurlu (eybli) bir şeydən versə, vacib ehtiyata əsasən, kifayət deyildir.
- Fitr bayramı namazını qılan, vacib ehtiyata əsasən, gərək bayram namazından əvvəl fitrəni versin. Lakin əgər bayram namazı qılmasa, fitrəni zöhrə qədər gecikdirə bilər.
- Əgər fitrə niyyəti ilə malından bir miqdarını kənara qoyub, bayram günü zöhrə qədər müstəhəqqə verməsə, onu hər vaxt versə, fitrə niyyəti etsin. Əgər təxirə salmaq ağıllı bir məqsəd üçün olsa, eybi yoxdur.
- Əgər bayram günü zöhrə qədər fitrəni verməsə və kənara da qoymasa, vacib ehtiyata əsasən sonradan əda və qəza niyyəti etmədən fitrəni versin.
- Əgər fitrəni ayırıb kənara qoysa, onu özü üçün götürə bilməz və başqa malı fitrə üçün onun yerinə qoya bilməz.
Комментариев нет:
Отправить комментарий