27.07.2014

"Nas" surəsi haqqında qeyd:



Surənin 4-cü ayəsində qeyd edilir:
 مِنْ شَرِّ الْوَسْوَاسِ الْخَنَّاسِ 
"Vəsvəsə edən qaçıb gizlənənin şərindən"
Ayədəki "vəsvas" sözündən məqsəd nədir? Alimlər qeyd edir ki, vəsvas şeytandır. Məsələn, deyilir; sinəsinə vəsvəsə etdi və ya ona vəsvəsə etdi. Sonrakı ayədə qeyd edilir ki, "hansı ki, insanların sinələrinə vəsvəsə edir." Adətən tərcümələrdə sinə ismi deyil, qəlb ismi işlədilir. Amma Allah ayədə qəlb deyil, sinə ismini işlədib. Qəlb və sinə isimlərinin fərqi geniş və maraqlı mövzudur ki, burada bir məqaləlik məfhum yatır. Vəsvəsənin mənası danışıq (söhbət) əsnasında işlədilən gizli kəlmədir. Diqqət etsəniz görəsrsiz ki, adətən, vəsvəsə insana birdən gəlmir. Hər hansı bir konteksin içərisində ötürülür. Deməli, vəsvəsə etmək feildir, vəsvas isə icraçı şəxsdir.

Fitrə zəkatı nədir? Onu necə çıxartaq?

Fitr bayramının axşamı, günəş batdığı vaxt həddi-büluğa çatan və ağıllı olub, bihuş, fəqir və başqasının qulu olmayan şəxsə, özü və onun çörək yeyəni sayılan şəxslərin hər biri üçün, bir «sa`» – təqribən 3 kiloqram – öz şəhərində normal olan yeməklərdən, məsələn; buğda, arpa, xurma, kişmiş düyü və qarğıdalı kimi, müstəhəqqə verməlidir. Bunun əvəzinə pul verərsə, kifayətdir. Lazım ehtiyat odur ki, öz şəhərində normal olmayan yeməklərdən, buğda, arpa, xurma və kişmiş də olsa, verməsin.

-Özünün və ailəsinin illik xərclərinə sahib olmayan və onun və ailəsinin xərclərini təmin edəcək bir kəsbi də olmayan bir şəxs, fəqirdir. O şəxsin fitrə zəkatı verməsi vacib deyildir.

-İnsan, fitr bayramı gecəsinin gün batan vaxtı onun çörəyini yeyən hesab olunan şəxslərin fitrəsini gərək versin. İstər kiçik olsun ya böyük, istər müsəlman olsunlar, istərsə kafir, istər onların xərclərini vermək ona vacib olsun, istərsə olmasın, istər onun şəhərində, istərsə başqa şəhərdə olmuş olsalar da, gərək fitrələrini versin.

Bayram namazını necə qılaq?

Bayram namazının vaxtı günəş çıxandan zöhr azanına qədərdir. Fitr bayramında günəş qalxdıqdan sonra iftar etmək müstəhəbdir. Vacib-ehtiyat budur ki, şəxs bayram namazını qılmamışdan əvvəl fitrə zəkatını versin, daha sonra namazını qılsın. Bayram namazının xüsusi bir surəsi yoxdur. Amma yaxşı olar ki, birinci rəkətdə "Fatihə" surəsindən sonra "Əla", ikinci rəkətdə "Fatihə"dən sonra "Şəms" surəsi oxunsun. Daha fəzilətlisi isə birinci rəkətdə "Fatihə"dən sonra "Şəms", ikinci rəkətdə "Fatihə"dən sonra "Ğaşiyə" surəsini oxumaqdır. Bunu edə bilməyən şəxs "Fatihə" surəsindən sonra istədiyi surəni oxuya bilər.


Beləliklə bаyrаm nаmаzı iki rükәtir və dоqquz qunut tutmaqla bеlә qılınır:

Birinci rəkәtdә "Fatihə" və "İxlas" surəsindәn sоnrа bеş "tәkbir" ("Allahu əkbər") dеyilir və hәr tәkbirdәn sоnrа bir qunut tutulur. Bеşinci qunutdаn sоnrа daha bir "tәkbir" dеyildikdən sonra rüku vә sәcdәlərə getmək lаzımdır.

Fitr bayramının gecəsinin əməlləri

Bu gəcə fəzilətli gecələrdən hesab edilir. Belə ki, bu gecədə ibadət etmək, əhya saxlamaq barədə çoxlu hədislər mövcuddur. Rəvayət olunur ki, bu gecə Qədr gecəsindən heç də dala qalmır. Beləliklə, sizlərə bu gecənin əməllərini təqdim edirik:

1. Günəş batdıqda qüsl almaq (Niyyəti "Fitr bayramı gecəsinin qüslunu alıram qürbətən iləllah")

2. Əhya saxlamaq, bu gecəni ibadət, dua, istiğfarla keçirtmək, imkan varsa bunları məsciddə yerinə yetirmək daha gözəl olar, imkan olmasa şəxs öz evində də yerinə yetirə bilər.

3. Məğrib, İşa, Sübh, həmçinin Fitr namazından dərhal sonra bu zikri təkrarlasın: "Allahu əkbər, Allahu əkbər, La ilahə illəllahu vallahu əkbər, Allahu əkbər, və lillahil-həmd, əlhəmdu lillahi əla ma hədana və ləhuş-şukru əla ma əulana"

26.07.2014

"Usvətun həsənətun" nə deməkdir?

Belə bir sual verilə bilər ki, Qurani-kərimdə hansı peyğəmbərlər insanlara gözəl örnək hesab edilib?
Cavab vermək olar ki, "usvətun həsənətun" (gözəl örnək) ifadəsi iki peyğəmbər barədə işlədilib. Biri Həzrət İbrahim (ə) üçün. "Mumtəhənə" surəsinin 4-cü ayəsində Həzrət İbrahim və onunlar birgə olanlar örnək kimi misal çəkilib. Həmin surənin 6-cı ayəsində bir daha onlar örnək kimi göstərilib.
İkinci gözəl örnək misalı Həzrət Məhəmməd (s) üçün işlədilmişdir. Bu ifadəni də "Əhzab" surəsi 21-ci ayədə görə bilərsiz. Ayədə deyilir: "Həqiqətən, Allahın Rəsulu Allaha, qiyamət gününə ümid bəsləyənlər və Allahı çox zikr edənlər üçün gözəl örnəkdir!"

21.07.2014

İstixarə barədə yanlış düşüncə

Bildiyimiz kimi, istixarə sözü "Allahdan xeyir diləmək, ehtiyac duymaq"dır. Hər birimiz Allahdan bizə qarşı hər hansı bir lütfün, xeyirin umulmasına möhtacıq. Bu kəlmə istilah mənasında tərəddüd zamanı müəyyən üsullarla nəzərdə tutulmuş işin xeyirli və ya məsləhət olmadığını öyrənməkdir. Bunun üçün də müxtəlif cür istixarə növləri vardır: İstixarə namazı, Quranla istixarəyə baxmaq, təsbehlə istixarəyə baxmaq və s.

Günümüzdə bayağı üsullarla istixarəyə baxanlar az deyil. Onlar bir fürsət tapan kimi, əllərinə Quran alaraq barmaqlarını qoyub, bir hissəsini açaraq özləri üçün çıxarış edirlər. Əksər insanlar bəlkə də nəzərdə tutduğu bir işə Allahın da "hə" deməsini umurlar. İstixarədən gəlir əldə edənlər də az deyil, hətta günümüzdə "Quran açma", "Quranla fala baxma" kimi terminlər də işlədilməkdədir.

19.07.2014

Virtual Quran dərsləri, 10-cu dərs - VİDEO

Əziz izləyicilər, sizlərə virtual Quran dərsləri silsiləsindən onuncu dərsi təqdim edirik. Bu dərsdə siz kəf hərfi, kəf hərfi ilə ləm hərfinin birləşdirilib yazılması, vəsl işarəsi və oxunuş qaydaları ilə tanış olacaqsız. İndi isə dərsin videosunu sizlərə təqdim edirik.

Bir imam özündәn bir neçә il sonra imam olacaq şәxsin adını bilirmi?

Әslindә bu mövzu barәdә dәlilli vә sübutlu geniş bir mәqalә tәrtib etmәk olar. Amma yenә dә müxtәsәr şәkildә bir neçә şeyә diqqәt edәk:
1. Quran Hz. İsanın peyğәmbәrimiz haqda danışdığını deyir: "Onu da xatırla ki, bir vaxt Məryəm oğlu İsa belə demişdi: “Ey İsrail oğulları! Həqiqətən, mən özümdən əvvəl nazil olmuş Tövratı təsdiq edən və məndən sonra gələcək Əhməd adlı bir peyğəmbərlə (sizə) müjdə verən Allahın elçisiyəm!” Sonra onlara açıq-aşkar möcüzələr gətirdikdə onlar: “Bu, açıq-aydın sehrdir!” – dedilər." ("Sәff", 6)
2. Böyük Әhli-Sünnә vә şiә alimlәri kitablarında peyğәmbәrin özündәn sonra on iki imamın gәlәcәyini bildirmәsini qeyd ediblәr. Hәtta bәzi yerlәrdә adlarını da çәkir.
3. İmam Mehdi mәsәlәsini necә? İmamın adına qәdәr dәqiqlikdә dini mәnbәlәrdә qeyd edilmişdir. Bәs bu necә mümkündür?
4. İlk әvvәl deyә bilәrik ki, peyğәmbәrin elmi hәm dә vәhydәn qaynaqlanır. İmamәt elmi dә nübüvvәt elmindәn. Bunları inkar etmәk, mәntiqә sığmır demәk hәm dә qeybi inkar etmәkdir. Bәs Quranda Allah istәdiyi kәslәrә bu elmdәn verә bilmәsi haqda qeyd edilmәyibmi?
Diqqәt edәk, bir balaca әsas ideoloji sütunlardan birini laxlatmaq nәlәrә gәtirib çıxara bilәr. Tәmәl vә özülü qazımaq onun sınmasına, dağılmasına sәbәb ola bilәr. Düzdür, onu sındırmaq mümkün olmasa da hәm insanı hәm maarifi sarsıda bilәr.

Qәdr gecәlәrinin әmәllәri qondarma vә saxtadırmı?

Әziz dostlar, imkan xaricindә olduğuna görә geniş yazmaq imkanım yoxdur. Amma qısaca bunu deyim. Qәdr gecәlәrindә keçirilәn mәşhur "Bikә ya Allah" mәrasimi barәdә bir çox müzakirәlәr getdi vә ortaya belә bir şübhә atıldı ki, guya bu әsassız bir şeydir vә şiә mәnbәlәrindә belә bir şey yoxdur. Hәqiqәtәn yoxdurmu? İndi bir neçә şeyә nәzәr salaq: 
1. Ramazan ayının üç gecәsi Quranı açıb, әllәrinin arasına qoyaraq Allahummә inni әs'әlukә bikitabikәl munzәl... әmәlini "Biharul-Әnvar" 98:146 da tapa bilәrsiz. İmam Sadiqdәn nәql olunub.
2. "Bikә ya Allah" ayinini İmam Sadiqdәn nәqlәn siz "Biharul-Әnvar" 98:146 da tapa bilәrsiz.
3. "Bikә ya Allah" ayinini bir az fәrqlә, İmam Musa Kazimdәn nәqlәn yenә dә "Biharul-Әnvar" 98:146 da tapa bilәrsiz.
4. "Qәdr" gecәsinin iki rәkәtli namazını (hәr rәkәtdә 7 dәfә "Qәdr" surәsilә oxumaq) peyğәmbәrdәn nәqlәn siz "Müstәdrәk", 7:445 dә tapa bilәrsiz.
5. Yüz dәfә "İstiğfar" demәyi "Biharul-Әnvar" 98:144 dә

18.07.2014

Əhli-sünnə alimlərinin İmam Mehdi (ə.f) haqqında söylədiklərindən

Görəsən, elə bir əhli-sünnə alimi var ki, İmam Həsən Əskərinin (ə) oğlunu gözlənilən xilaskar kimi qəbul etsin?
İmam Əskərinin (ə) Mehdi adlı olduğunun olmasına işarə edən əhli-sünnə alimlərindən bəzisi onun indiki zamana qədər yaşaması, vəd olunan və gözlənilən şəxs olması düşüncəsini şiələrə aid etmişlər. Amma buna baxmayaraq, onların aralarında elə alimlər var ki, İmam Mehdinin (ə.f) indiyə qədər yaşaması, həmçinin onun xilaskar olmasına dair bir sıra açıqlamalar vermişlər. Nümunə üçün onlardan bir neçəsinin adını qeyd edək:
1. Muhəmməd ibn Yusif Gənci Şafei (vəfatı: h.q. 658) deyir: Əbu Muhəmməd Həsən Əskəri (ə) özündən (sonra) bir övlad qoydu ki, həmin gözlənilən İmamdır. Allahın xeyir-duası olsun ona” (“Kifayətut-Talib” səh.312).
2. Əbdülvəhhab Şərani Hənəfi deyir: Axirəz-zəmanda ümid Mehdinin (ə.f) qiyamınadır. O, İmam Həsən Əskərinin (ə) nəslindəndir. Onun təvəllüdü h.q 255-ci il, nimeyi-şəban (şəbanın ortası) baş verib. İmam Mehdi (ə.f) indiyə qədər yaşayır və Həzrət İsa ilə birlikdə gələcək. İndiki zamana qədər onun yaşı 706-dır. Bunu mənə Şeyx Həsən İraqi xəbər verib (“Əl-Yəvaqit vəl Cəvahir”, c.2, səh.127).

14.07.2014

Fatimə Zəhranın təsbihi haqda nə bilirik?

Həzrət Fatiməni (s.ə) təsbihi barədə bir məlumat yaxud istinad mənbəyi varmı? Nə üçün bu təsbih Həzrət Fatimənin (s.ə) adını daşıyır?

Həzrət Fatimə Zəhranın (s) təsbihi 34 dəfə “Allahu əkbər”, 33 dəfə “əl-həmdu lillah” və 33 dəfə “subhanəllah” deməkdən ibarətdir. Bu zikr Quranda möminlərə göstəriş verilmiş “zikrun kəsirun” (çox zikr) ifadəsinin göstərici və nümunəsidir. Belə ki, Qurani-Kərimin “Əhzab” surəsi 41-ci ayəsində belə buyurulur: “Ey iman gətirənlər! Allahı çox zikr edin!”

13.07.2014

Ramazan ayında sədəqə vermək

İmam Sadiqdən nəql olunmuşdur ki, kim Ramazan ayında sədəqə versə Allah ondan yetmiş növ bəlanı uzaqlaşdırar.
***
Qeyd: Sədəqə yalnız maddi baxımdan pul ödəmək deyil. Bəzən insan bir təbəssüm belə sədəqə verə bilir. Ola bilər ki, kimsə kiməsə bildiyini öyrətməklə sədəqə verər. Sədəqə paylaşmaqdır, bölüşməkdir. Sədəqə vermək başqalarını özün kimi görmək istəyidir.
İndiki zamanda ən yaxşı sədəqə ehtiyacı olub da, başqalarına ağız açmayan birisinə əl tutmaqdır. Küçə qaraçıları və yolçuları zatən qazanırlar. Hansısa bir müəllimdən yüksək qazanc əldə edirlər. Amma bir tələbə ola bilər ki, dərs oxuyur, amma axşam iftar etməyə yeməyi yoxdur, ağız da açmır. Bax onları gözdən qaçırtmaq qəbahətdir.
Əgər biz sədəqə verməklə hansı bəlaları özümüzdən uzaqlaşdırdığımızı bilsəydik, sözsüz ki, xeyir işlər görməyi bir an belə təxirə salmazdıq.

Ramazan ayının 16-cı gecəsinin namazı

Allah dua və ibadətlərinizi qəbul etsin.

İmam Əlidən nəql olunmuş hədisə əsasən Ramazan ayının 16 gecəsinin namazı on iki rəkətdir. Hər rəkətdə bir dəfə "Fatihə" və on iki dəfə "Təkasur" surəsini oxunur.
Təkasur surəsinin oxunuşu
Bismilləhir-rahmənir-rahim
Əlhəkumut-təkəsur (1) hattə zurtumul-məqabir (2) kəllə səufə tə`ləmun (3) summə kəllə səufə tə`ləmun (4) kəllə ləu tə`ləmunə `ilməl-yəqin (5) lətəravunnəl-cəhim (6) summə lətəravunnəhə `aynəl-yəqin (7) summə lətus`əlunnə yəumə`izin `anin-nə`im.

İftar vaxtı nə edək? (İftar etməyin ədəbləri)


1. İftarı İşa namazından sonraya qədər təxirə salmaq müstəhəbdir. Əgər zəiflik ona qələbə çalsa, iftar etməyi namazdan sonraya saxlamaq çətin gəlsə, bu hal istisnadır.

2. İftarı halal şeylərlə etmək, hətta haram olmağı barədə şübhə yaranarsa ondan uzaq durmaq gərəkdir. Daha yaxşı olar ki, iftar xurma ilə açılsın. İftarı su, süd, halva, nabat, isti su ilə də açmaq yaxşıdır.

3. İftar vaxtı aşağıda qeyd edilən duaları oxumaq tövsiyə edilmişdir:

12.07.2014

Ramazan ayının 15-i İmam Həsən Müctəbanın doğum günüdür


Tənha qalmış sərkərdə

Ramazan ayının 15-ci günü İmam Həsənin (ə) doğum günüdür.

Adı Həsəndir. Həsən adının mənası yaxşı deməkdir. İbrani dilində bu ad Şubbər deməkdir ki, Harun peyğəmbərin böyük oğlunun adıdır. Həzrət Muhəmməd peyğəmbərin (s) böyük nəvəsidir. İmam Həsənin atası İmam Əli, anası peyğəmbərin sevimli qızı Həzrət Fatimə Zəhradır (ə). O, hicrətin 3-cü ili, Ramazan ayının 15-i Mədinə şəhərində dünyaya gəlmişdir. Peyğəmbər İmam Həsən doğulduqda qurban kəsib ətini fəqir-füqəraya paylamış, saçını qırxaraq saçı ağırlığında gümüş sədəqə vermişdir. O, atası İmam Əlidən (ə) sonra bir müddət xilafətdə olmuş, daha sonra Müaviyə ibn Əbu Süfyan tərəfindən hakimiyyətdən uzaqlaşdırılmışdır. İmam Həsən (ə) həyat yoldaşı Cödə binti Əşəs ibn Qeys tərəfindən zəhərlənərək hicrətin 50-ci ili, Səfər ayının 7-də, 47 yaşında bu dünyaya vida etmişdir.

Ramazan ayının 15-ci gecəsinin namazı

Allah ibadәtlәrinizi qәbul etsin. İmam Әlidәn nәql olunan hәdisә әsasәn Ramazan ayının 15-ci gününün gecәsinin namazı dörd rәkәtdir. Birinci namazın hәr iki rәkәtindә bir "Fatihә" vә yüz dәfә "İxlas" surәsu, ikinci namazın hәr iki rәkәtindә bir dәfә "Fatihә" vә әlli dәfә "İxlas" surәsi oxunur. Bu namaz günahların bağışlanmasına sәbәb olur.

Qeyd: Ramazan ayının on beşinci gecәsi vә gündüzünün çoxlu sayda әmәllәri var. Dua kitablarına müraciәt etmәklә mәlumat әldә edә bilәrsiz.

11.07.2014

Ramazan ayının hər gecə və gündüzünün əməlləri


Bu ayda çoxlu sayda dua, salavat və istiğfar etmək, çoxlu “Lə iləhə illə-l-lah” demək tövsiyə edilmişdir. Dördüncü İmam Zeynulabidinin (ə) Ramazan ayı daxil olduqda dua, təsbih, istiğfar və təkbirdən başqa bir şey danışmadığı da dini mətnlərdə qeyd edilmişdir. Bu ayda, həmçinin, ibadət, xüsusilə gecə və gündüz nafilələrini yerinə yetirməyə diqqət və əhəmiyyət göstərilməsi də möminlərə tövsiyə edilmişdir.


Seyid ibn Tavus İmam Sadiq (ə) və İmam Musa Kazimdən (ə) rəvayət nəql etmişdir ki, onlar buyurub:  Ramazan ayının əvvəlindən axırına kimi hər vacib namazdan sonra deyər:

Oruc tutan şəxs ətir vura bilərmi?

Sual: Ətirlənmək orucu batil edirmi və ya bəlkə oruc tutan şəxs üçün bəyənilməyən bir işdir (məkruhdur)?

Cavab: Ətirlənməyin maneəsi yoxdur, əksinə o, oruc tutan şəxsin töhfəsidir, belə isə ən üstünü (övla) müşk ətirindən çəkinməkdir.


Seyid Əli Xameneinin fətvası əsasında

Ramazan ayının 14-cü gününün gecəsi qılınan namaz

Allah dua-ibadәtlәrinizi qәbul etsin.
İmam Әlidәn (ә).nәql olunmuşdur ki, kim Ramazanın 14-cü gününün gecәsi altı rәkәt namaz qılıb hәr rәkәtdә bir dәfә "Fatihә", otuz dәfә "Zәlzәlә" surәsini oxusa Allah onun üçün can çәkişmәsini, Münkir vә Nәkiri yüngüllәşdirәr. ("Vәsailuş-şiә", c.8, s.39)

Qeyd: "Z
әlzәlә" surәsinin oxunuşu

Bismill
əhir-rahmənir-rahim
İzə zulzilәtil-әrdu zilzəlәhə -1-
va
әxracәtil-әrdu әsqəlәhə -2-
va qalәl-insənu mə lәhə -3-
y
әumәzin tuhaddisu әxbərahə -4-
bi'
әnnә rabbәkә әuhə lәhə -5-
y
әumәizin yәsdurun-nəsu әştətәn liyurau ә'məlәhum -6-
f
әmәn ya'mәl misqalә zәrratin xayran yәrah -7-
va m
әn ya'mәl misqalә zәrratin şәrran yәraah -8.


Qeyd 2: Altından xət çəkilmiş hərifi gördükd
ә, hәmin saiti iki dәfә uzadın. Bizi dә dua edin.

10.07.2014

Ramazan ayının 13-cü gününün gecəsi qılınan namaz

Allah ibadәtlәrinizi qәbul etsin, әziz dostlar.
Möminlәrin әmiri Hәzrәt Әlidәn (ә) belә bir hәdis nәql edilmişdir ki, kim Ramazan ayının 13-cü gününün gecəsi dörd rәkәt namaz qılıb, hәr rәkәtdә bir dәfә "Fatihә" vә iyirmi beş dәfә "İxlas" surәsini oxusa hәmin şәxs Qiyamәt günü sirata ani ildırım (vә ya ildırım sürәtilә) kimi gәlәr. ("Vәsailuş-şiә", c. 8, s.39)

08.07.2014

"Ayətəl-Kürsi", ərəbcə oxunuşu, transkripsiya və tərcüməsi

اللَّهُ لَا إِلَٰهَ إِلَّا هُوَ الْحَيُّ الْقَيُّومُ ۚ لَا تَأْخُذُهُ سِنَةٌ وَلَا نَوْمٌ ۚ لَهُ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ ۗ مَنْ ذَا الَّذِي يَشْفَعُ عِنْدَهُ إِلَّا بِإِذْنِهِ ۚ يَعْلَمُ مَا بَيْنَ أَيْدِيهِمْ وَمَا خَلْفَهُمْ ۖ وَلَا يُحِيطُونَ بِشَيْءٍ مِنْ عِلْمِهِ إِلَّا بِمَا شَاءَ ۚ وَسِعَ كُرْسِيُّهُ السَّمَاوَاتِ وَالْأَرْضَ ۖ وَلَا يَئُودُهُ حِفْظُهُمَا ۚ وَهُوَ الْعَلِيُّ الْعَظِيمُ

Oxunuşu: 'Allahu lə 'ilə'illə huva-l-hayyu-l-qayyumu, lə'xuzuhu sinətun va lə nəumun, ləhu mə fi-s-səməvati va mə fi-l-'ardi, mən zə-l-ləzi yəşfə`u `indəhu 'illə bi'iznihi, ya`ləmu mə bəynə 'əydihim va mə xalfəhum, va lə yuhitunə bişəy'in min `ilmihi 'illə bimə şə`ə, vasi`ə kursiyyuhu-s-səməvati va-l-'arda, va lə'uduhu hifzuhumə, va huva-l-`aliyyu-l-`azimu. (255)

Virtual Quran dərsləri, 9-cu dərs - VİDEO

Əziz izləyicilər, sizlərə virtual Quran dərsləri silsiləsindən doqquzuncu dərsi təqdim edirik. Bu dərsdə siz ləm hərfi, ləm hərfi ilə əlif hərfinin birləşdirilib yazılması, oxunuş qaydaları ilə tanış olacaqsız. İndi isə dərsin videosunu sizlərə təqdim edirik.


Ramazan ayının 10-u Həzrət Xədicənin vəfatı günüdür

Ramazan ayının 10-cu günü Həzrət Peyğəmbərin həyat yoldaşı xanım Xədicənin vəfatının ildönümüdür.

Həzrət Xədicə hicrətdən 68-il əvvəl Məkkə şəhərində dünyaya göz açmışdır. Atasının adı Xuvəylid ibn Əsəd, anasının adı isə Fatimə binti Zaidət ibn Asim olub. O, İslamı qəbul edən ilk qadındır. 

Həzrət Xədicə Əbu Talib dərəsi” mühasirəsi zamanı həyatının ən çətin dövrünü yaşadı. Bu mühasirədən bir il sonra (besətin doqquzuncü, ya onuncu ili) Peyğəmbərin əmisi Əbu Talibin vəfatından bir neçə gün sonra dünyasını dəyişdi. Peyğəmbər (s) həmin ili "Hüzn ili" adlandırdı.

03.07.2014

İyul ayı üçün aylıq namaz vaxtları


Əziz izləyicilər, sizlərə İyul ayı üçün aylıq namaz vaxtlarını təqdim edirik. Qeyd edək ki, oruc tutmaq üçün təqvimdən istifadə etmək istədikdə ehtiyata əməl etməyinizi tövsiyə edirik. Belə ki, "imsak"ı qeyd edilmiş sübh namazının vaxtından 5-10 dəqiqə tez bitirib, "iftar"ı qeyd edilmiş "məğrib" namazından 5-10 dəqiqə  gec aça bilərsiz. 

Regionlar üçün qeyd edilmiş namaz vaxtlarını əldə etmək üçün Bakı şəhəhərinin namaz vaxtlarının üzərinə qeyd edilmiş dəqiqələri gəlin. 

02.07.2014

Din nədir?

Alimlər din barədə müxtəlif nəzəriyyələr irəli sürmüşlər. Həmin bu irəli sürülmüş nəzəriyyələri əksər alimlər öz ixtisas və baxış bucaqları çərçivəsində izah etməyə çalışmışlar. Biz də dinin nə olduğunu anlamaq üçün bu məfhuma müxtəlif bucaqlardan baxmalıyıq.
Psixoloqlar deyir ki, din fərdlərin təklik halında yaratdıqları hissi davranışları, təcrübə və fizioloji əməlləridir. Dinə inanan insanlar özlərini “İlahi” adlanan məfhumun qarşısında təslim edib, əməllərini bu görüş üzərində reallaşdırırlar.
Sosioloqlar deyir ki, din insanların müxtəlif zamanlarda inanc, ideoloji baxış, əməl, şüar və tutduğu yolları əhatə edir.
Materialislər bu barədə daha kəskin fikir bildirmişlər. Onlar deyir ki, din insanların istedadlarını azad şəkildə həyata keçirtmələrinin qarşısını alır, onlara bir sıra əmr və qadağalar qoyur.