Bildiyimiz kimi, istixarə sözü "Allahdan xeyir diləmək, ehtiyac duymaq"dır. Hər birimiz Allahdan bizə qarşı hər hansı bir lütfün, xeyirin umulmasına möhtacıq. Bu kəlmə istilah mənasında tərəddüd zamanı müəyyən üsullarla nəzərdə tutulmuş işin xeyirli və ya məsləhət olmadığını öyrənməkdir. Bunun üçün də müxtəlif cür istixarə növləri vardır: İstixarə namazı, Quranla istixarəyə baxmaq, təsbehlə istixarəyə baxmaq və s.
Günümüzdə bayağı üsullarla istixarəyə baxanlar az deyil. Onlar bir fürsət tapan kimi, əllərinə Quran alaraq barmaqlarını qoyub, bir hissəsini açaraq özləri üçün çıxarış edirlər. Əksər insanlar bəlkə də nəzərdə tutduğu bir işə Allahın da "hə" deməsini umurlar. İstixarədən gəlir əldə edənlər də az deyil, hətta günümüzdə "Quran açma", "Quranla fala baxma" kimi terminlər də işlədilməkdədir.Mən əslində, məsələni başqa səmtə aparmaq istəyərdim. Yəni istixarə etməyin zəruri olub-olmamasına. Bu inkarolunası deyil ki, hər bir normal müsəlman, həyatını Allah qanunları ilə sürdürməyə çalışan mömin bəndə hər bir əməlini Allah rizası üçün görməyə çalışır. Hər bir əməlin necə görülməsi barədə Fiqh kitablarından tutmuş, Əxlaq kitablarına qədər sərih surətdə bəyan edilmişdir. Yəni, hər bir adi addım üçün istixarə etməyə lüzum yoxdur.
İstixarəyə gəlib çatmaq üçün bu üç yola nəzər edək: 1. İnsanın qarşısına bir iş çıxdıqda və ya bir işi görmək istədikdə ağılı ilə bu işin xeyirli və ziyan olduğunu düşünməlidir. Bu barədə təhqiqat aparmalıdır. Bu işin hala-haram, xeyir-ziyan, insan hüquqları və s. tərəflərini düşünməlidir. 2. Mütəxəssis bir şəxsdən soruşmaq. Qurani-kərim bizlərə "Əgər bilməyirsinizsə bilik (zikr) əhlindən soruşun" - deyir. Əgər insan bir nəticəyə vara bilməsə, daha mütəxəssis, müdrik, ən azından bilən bir insanın yanına getməli, hacətini açmalı və ona yol göstərməsini xahiş etməlidir. 3. Əvvəl iki bənddən bir çarə hasil olmazsa, istixarə bölümünə keçid etmək olar. Bu da mütəxəssis yolu ilə. Mütəxəssisdən soruşmaq yolu ilə. Bunun şərtləri (Necə istixarə etmək olar?) barədə məlumat əldə etmək istəyən geniş şəkildə mütaliə edə bilər.
Son zamanlar ailə qurmaq üstündə istixarə tələbləri daha da çoxalıb. Hər bir evlənmək istəyən kəs Quran açdırıb bir qızın (oğlanın) xeyirli və ya ziyanlı olduğunu öyrənmək istəyir. Bu səhv addımdır. Ailə qurmaq üçün istixarəyə baxmaq bəlkə də ən axırıncı əl atılası yoldur. İnsan ilk əvvəl ailə qurmaq istədiyi şəxsin xüsusiyyətlərinə vaqif olmalıdır. "Kiminlə ailə qurmaq lazımdır" adlı materialları əldə edib oxusaq görərik ki, Quran və Peyğəmbər (s) sünnəsi ailə qurmağın şərtləri içərisində heç də "İstixarəyə baxmaq" kimi fikir qeyd etməyib. Və ya bəzi insanlar müraciət edir ki, 3-4 nəfər namizəd vardır. İstixarəyə baxmaqla bunlardan hansının münasib olduğunu onlara bildirək. Axı, kiminlə ailə qurmağın gərəkildiyi bizə bəyan olub. Peyğəmbər, imamlar, alimlər, sosioloqlar, psixoloqlar və s. bu haqda uzun-uzun mühazirələr söyləmişlər.
Təqlid mərcelərinə verilən istiftaatlarda da görülür ki, onlar da istixarənin ən sonda aparılmasının tərəfdarıdırlar. Çox həssaslıqla bu məsələyə toxunaraq, istixarədən əvvəl insanları əqllə düşünməyə, müzakirə-məşvərət edib soruşmağa səsləyirlər. Əgər bunların heç biri alınmasa o zaman istixarəyə baxıb və istixarədəki nəticəyə əməl etmələrinin gərəkildiyini bildirirlər.
Gəlin, bu işdə diqqətli olaq. İstixarə yüngül bir şey deyil ki, xətrimiz istədiyimiz zaman Quran açaraq "müqəddəratımızda nə olacağı barədə cavab alaq". Hər bir müqəddəsatın ehtiram yeri var. Arabir Allahın bizə verdiyi kiçik peyğəmbər olan əql, Quran və Əhli-Beytin (s) bizlərə olan gözləntilərini və gərəkən zaman nə etməli olduğumuz məsələləri öyrənək.

Fərid Abdullah
Комментариев нет:
Отправить комментарий