Həzrət Fatiməni
(s.ə) təsbihi barədə bir məlumat yaxud istinad mənbəyi varmı? Nə üçün bu təsbih
Həzrət Fatimənin (s.ə) adını daşıyır?
Həzrət Fatimə
Zəhranın (s) təsbihi 34 dəfə “Allahu əkbər”, 33 dəfə “əl-həmdu lillah” və 33 dəfə
“subhanəllah” deməkdən ibarətdir. Bu zikr Quranda möminlərə göstəriş verilmiş “zikrun
kəsirun” (çox zikr) ifadəsinin göstərici və nümunəsidir. Belə ki, Qurani-Kərimin
“Əhzab” surəsi 41-ci ayəsində belə buyurulur: “Ey iman gətirənlər!
Allahı çox zikr edin!”
Həzrət Fatimənin
təsbihi barədə bir sıra hədislər mövcuddur. İndi gəlin, bir neçəsinə nəzər
salaq:
Zürarənin İmam
Sadiqdən (ə) nəql etdiyi hədisin məzmununda deyilir ki, Fatimə Zəhranın (s) təsbihatı
Quranda gəlmiş “Allahı çox zikr edin!”ayəsindəki “çox zikr” ifadəsin nümunəsidir.
(“Vəsailuş-şiə” c.4, b.18)
İmam Baqirdən
(ə) nəql olunan hədisdə buyurulur ki, bir şey Həzrət Zəhranın (s) təsbihatından
daha yaxşı olsaydı, Peyğəmbər (s) onu Fatiməyə (s) öyrədərdi. (Həmin mənbə)
İmam Sadiqdən (ə)
nəql olunan hədisdə deyilir ki, hər gün hər namazdan sonra (edilən) Zəhranın təsbihi
mənim yanımda min rəkət müstəhəb namaz qılmaqdan daha xoşdur (seviləndir). (Həmin
mənbə)
İmam Sadiqdən (ə)
nəql olunan bir başqa hədisdə qeyd edilir ki, yatan zaman Fatimə Zəhranın (s) təsbihini
deyən hər kəs zikr edənlərin cümləsindən olacaqdır. (Həmin mənbə)
Bu təsbihin nə
üçün “Fatimə Zəhranın (s) təsbihi” adlandırılmasının da səbəbi budur ki, bu təsbih
həmin xanımdan bizə gəlib çatmışdır və bu təsbihi Həzrətə atası Allah Rəsulu
öyrətmişdir.
Fərid Abdullah
Комментариев нет:
Отправить комментарий