Alimlər din barədə müxtəlif nəzəriyyələr irəli
sürmüşlər. Həmin bu irəli sürülmüş nəzəriyyələri əksər alimlər öz ixtisas və
baxış bucaqları çərçivəsində izah etməyə çalışmışlar. Biz də dinin nə olduğunu
anlamaq üçün bu məfhuma müxtəlif bucaqlardan baxmalıyıq.
Psixoloqlar deyir ki, din fərdlərin təklik halında
yaratdıqları hissi davranışları, təcrübə və fizioloji əməlləridir. Dinə inanan
insanlar özlərini “İlahi” adlanan məfhumun qarşısında təslim edib, əməllərini
bu görüş üzərində reallaşdırırlar.
Sosioloqlar deyir ki, din insanların müxtəlif
zamanlarda inanc, ideoloji baxış, əməl, şüar və tutduğu yolları əhatə edir.
Materialislər bu barədə daha kəskin fikir
bildirmişlər. Onlar deyir ki, din insanların istedadlarını azad şəkildə həyata
keçirtmələrinin qarşısını alır, onlara bir sıra əmr və qadağalar qoyur.
Qərb alimləri din haqqında müxtəlif fikirlər
söyləmişlər. Onları qeyd etsək geniş bir icmal yazmış olarıq ki, bunu şəxsi
mütaliənin öhdəsinə buraxırıq.
Ümumi şəkildə deyə bilərik ki, qərb alimləri din
haqqında müxtəlif fikirlər söyləsələr də, vahid bir fikirdə dayanaraq maraqlı
bir görüşü etiraf etmişlər. O da budur ki, din hamının birmənalı qarşıladığı,
qəbul etdiyi bir termin deyil. Bu ad altında müxtəlif fikirlər formalaşmışdır
ki, bu fikirlər dərindən analiz olunduqda bir-biri ilə əlaqəli olduğu aşkara
çıxır. Belə bir əlaqəni avstriyalı filosof Lüdviq Vitgenşteyn ailə-qohumluq
əlaqələrinə bənzətmişdir.
Bəs bu haqda İslam dini nə deyir? Ən əsas mənbə hesab
edilən Quranın bu barədə olan baxışı necədir?
Quran terminologiyasında “din” məfhumu iki mövzuda
işlənmişdir:
1. İstər haqq
olsun, istərsə də batil, qeybi qüdrətə olan hər hansı bir ideologiya “din”
adlanır. Belə ki, “Kafirun” surəsi 6-cı ayədə belə oxuyuruq:
لَكُمْ
دِينُكُمْ وَلِيَ دِينِ
“Sizin
öz dininiz var, mənim də öz dinim! (Elə isə sizin dininiz sizə, mənim dinim
də mənə!)”
2. Quranda işlədilmiş “din”
məfhumu, bir də, İlahi dinləri nəzərə alaraq ifadə etmişdir. “Ali-İmran”
surəsi 19-cu ayədə belə oxuyuruq:
إِنَّ
الدِّينَ عِنْدَ اللَّهِ الْإِسْلَامُ
“Allah
yanında (haqq olan) din, əlbəttə, İslamdır.”
“Din” məfhumunun tərifi, onun lüğəvi mənasını
araşdırsaq bir neçə mənalar da rastımıza çıxa bilər. Lakin ən zəruri, əsas qayə
olan məfhumları nəzərinizə çatdırdıq. Din dedikdə “Ali-İmran” surəsinin
19-cu ayəsində işlədilmiş “din” kəlməsinin məfhumu hər tərəfli diqqətimizi
çəkir və onu İlahi dinlərə şamil edə bilərik. Bu məfhumun öz-özlüyündə mərhələ
və şərtləri vardır. Bu mərhələ və şərtlər barədə gələn məqalələrdə söhbət
açacağıq.
Fərid Abdullah
Комментариев нет:
Отправить комментарий