08.07.2014

Ramazan ayının 10-u Həzrət Xədicənin vəfatı günüdür

Ramazan ayının 10-cu günü Həzrət Peyğəmbərin həyat yoldaşı xanım Xədicənin vəfatının ildönümüdür.

Həzrət Xədicə hicrətdən 68-il əvvəl Məkkə şəhərində dünyaya göz açmışdır. Atasının adı Xuvəylid ibn Əsəd, anasının adı isə Fatimə binti Zaidət ibn Asim olub. O, İslamı qəbul edən ilk qadındır. 

Həzrət Xədicə Əbu Talib dərəsi” mühasirəsi zamanı həyatının ən çətin dövrünü yaşadı. Bu mühasirədən bir il sonra (besətin doqquzuncü, ya onuncu ili) Peyğəmbərin əmisi Əbu Talibin vəfatından bir neçə gün sonra dünyasını dəyişdi. Peyğəmbər (s) həmin ili "Hüzn ili" adlandırdı.


Həzrət Muhəmməd buyurub: "Hamı məni təkzib edəndə Xədicə məni təsdiq edərdi. Hamı məndən uzaqlaşanda, o mənə iman gətirdi. Məni tək-tənha qoymadı və müdafiə etdi. Allah ona rəhmət etsin...” ("Üsdul-qabə”, 8-ci cild, səh: 438.)

Bildiyimiz kimi, Həzrət Xədicənin qəbri hal-hazırda vəhhabilər tərəfindən dağıdılmışdır. Onun məzarı Məkkədədir. Müasir dövrdə görüntüsü isə bu cürdür. Ürəkağrıdıcıdır.


Vəhhabilər Xanım Xədicənin məzarını dağıtmamışdan əvvəl həmin məzar bu cür idi

 

Basim Kərbəlaidən gözəl bir ifa
"Allah Mustafanın zövcəsini seçdi"




Комментариев нет:

Отправить комментарий