27.07.2014

"Nas" surəsi haqqında qeyd:



Surənin 4-cü ayəsində qeyd edilir:
 مِنْ شَرِّ الْوَسْوَاسِ الْخَنَّاسِ 
"Vəsvəsə edən qaçıb gizlənənin şərindən"
Ayədəki "vəsvas" sözündən məqsəd nədir? Alimlər qeyd edir ki, vəsvas şeytandır. Məsələn, deyilir; sinəsinə vəsvəsə etdi və ya ona vəsvəsə etdi. Sonrakı ayədə qeyd edilir ki, "hansı ki, insanların sinələrinə vəsvəsə edir." Adətən tərcümələrdə sinə ismi deyil, qəlb ismi işlədilir. Amma Allah ayədə qəlb deyil, sinə ismini işlədib. Qəlb və sinə isimlərinin fərqi geniş və maraqlı mövzudur ki, burada bir məqaləlik məfhum yatır. Vəsvəsənin mənası danışıq (söhbət) əsnasında işlədilən gizli kəlmədir. Diqqət etsəniz görəsrsiz ki, adətən, vəsvəsə insana birdən gəlmir. Hər hansı bir konteksin içərisində ötürülür. Deməli, vəsvəsə etmək feildir, vəsvas isə icraçı şəxsdir.
Ayədə işlədilən digər maraqlı ifadə "xənnas"dır. Xənnas nədir? Mübaliğə formasındadır. "Xanəsə" feili geri çəkilmək, aradan çıxmaq, gizlənmək kimi mənaları ifadə edir. Hədisdə belə bir ifadə var: "Şeytan bəndəyə vəsvəsə edir, (bəndə) Allahı zikr etdikdə (xatırladıqda) qaçıb gizləndi."
Altıncı ayədə qeyd edilən الْجِنَّةِ "əl-cinnətu" ismi isə cin isminin cəmidir. Yəni, ayədə ifadə olunan məna budur: İnsan və ya cinlərdən olmasına baxmayaraq, hansı biri tərəfindən edilən vəsvəsədən Allaha sığınıram, deməkdir.
Buradan bir maraqlı bir çıxarış da var ki, şeytan özü də cin tayfasındandır.
"Nas" surəsinin oxunuşu:
Bismilləəhir-rahməənir-rahiimi
Qul ə`uuzu birabbin-nəəsi -1- Məlikin-nəəsi -2- İləəhin-nəəsi -3- Min şərril-vasvəəsil-xannəəsi -4- Əlləzii yuvasvisu fii suduurin-nəəsi -5- Minəl-cinnəti van-nəəsi -6.
Qeyd: İkisaitli hərflər uzadılır.
"Nas" surəsinin hərfi tərcüməsi:
Mərhəmətli və Rəhimli Allahın adı ilə
De, sığınıram insanların Rəbbinə -1- İnsanların sahibinə -2- İnsanların məbuduna -3- Qaçıb gizlənən vəsvəsə edənin şərindən -4- Hansı ki, vəsvəsə edir insanların sinələrinə -5- Cinlərdən və insanlardandır -6.
Bədii ifadə ilə məzmunu desək:
Cinlərdən və ya insanlardan olmasından asılı olmayaraq, camaatın sinələrinə vəsvəsə edən, Allah xatırlanarkən qaçıb gizlənən vəsvəsə edən şeytanın şərindən insanların Rəbbi, onların sahibi və məbudu olan Allaha sığınıram.
Fərid Abdullah.

Комментариев нет:

Отправить комментарий