11.07.2014

Ramazan ayının hər gecə və gündüzünün əməlləri


Bu ayda çoxlu sayda dua, salavat və istiğfar etmək, çoxlu “Lə iləhə illə-l-lah” demək tövsiyə edilmişdir. Dördüncü İmam Zeynulabidinin (ə) Ramazan ayı daxil olduqda dua, təsbih, istiğfar və təkbirdən başqa bir şey danışmadığı da dini mətnlərdə qeyd edilmişdir. Bu ayda, həmçinin, ibadət, xüsusilə gecə və gündüz nafilələrini yerinə yetirməyə diqqət və əhəmiyyət göstərilməsi də möminlərə tövsiyə edilmişdir.


Seyid ibn Tavus İmam Sadiq (ə) və İmam Musa Kazimdən (ə) rəvayət nəql etmişdir ki, onlar buyurub:  Ramazan ayının əvvəlindən axırına kimi hər vacib namazdan sonra deyər:


اللَّهُمَّ ارْزُقْنِي حَجَّ بَيْتِكَ الْحَرَامِ فِي عَامِي هَذَا وَ فِي كُلِّ عَامٍ مَا أَبْقَيْتَنِي فِي يُسْرٍ مِنْكَ وَ عَافِيَةٍ وسَعَةِ رِزْقٍ وَ لا تُخْلِنِي مِنْ تِلْكَ الْمَوَاقِفِ الْكَرِيمَةِ وَ الْمَشَاهِدِ الشَّرِيفَةِ وَ زِيَارَةِ قَبْرِ نَبِيِّكَ صَلَوَاتُكَ عَلَيْهِ وَ آلِهِ وَ فِي جَمِيعِ حَوَائِجِ الدُّنْيَا وَ الْآخِرَةِ فَكُنْ لِي اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ فِيمَا تَقْضِي وَ تُقَدِّرُ مِنَ الْأَمْرِ الْمَحْتُومِ فِي لَيْلَةِ الْقَدْرِ مِنَ الْقَضَاءِ الَّذِي لا يُرَدُّ وَ لا يُبَدَّلُ أَنْ تَكْتُبَنِي مِنْ حُجَّاجِ بَيْتِكَ الْحَرَامِ الْمَبْرُورِ حَجُّهُمْ الْمَشْكُورِ سَعْيُهُمْ الْمَغْفُورِ ذُنُوبُهُمْ الْمُكَفَّرِ عَنْهُمْ سَيِّئَاتُهُمْ وَ اجْعَلْ فِيمَا تَقْضِي وَ تُقَدِّرُ أَنْ تُطِيلَ عُمرِي [فِي طَاعَتِكَ‏] وَ تُوَسِّعَ عَلَيَّ رِزْقِي وَ تُؤَدِّيَ عَنِّي أَمَانَتِي وَ دَيْنِي آمِينَ رَبَّ الْعَالَمِينَ .

Oxunuşu: Allahummə-r-zuqni həccə bəytikə-l-hərami fi `ami həzə va fi kulli `amin, mə əbqaytəni fi yusrin minkə va `afiyətin vasə`ati rizqin, va lə tuxlini min tilkə-l-məvaqifi-l-kəriməti va-l-məşəhidi-ş-şərifəti, va ziyərati qabri nəbiyyikə saləvatukə `aləyhi va Alihi, va fi cəmi`i həva`ici-d-dunyə va-l-əxirati fəkun li. Allahummə inni əs`əlukə fimə təqdi va tuqaddiru, minə-l-əmri-l-məhtumi fi ləyləti-l-qadri, minə-l-qada`i-l-ləzi lə yuraddu va lə yubəddəlu, ən təktubəni min huccəci bəytikə-l-hərami, əl-məbruri həccuhum, əl-məşkuri sə`yukumu, əl-məğfuri zunubuhum, əl-mukəffəri `anhum səyyi`ətuhum, va-c-`al fimə təqdi va tuqaddiru ən tutilə `umri (fi ta`ətikə) va tuvassi`a `aləyyə rizqi, va tu`əddiyə `anni əmənəti va dəyni, Aminə rabbə-l-`aləminə.


Vacib namazlardan sonra bu duanı oxu:

يَا عَلِيُّ يَا عَظِيمُ يَا غَفُورُ يَا رَحِيمُ أَنْتَ الرَّبُّ الْعَظِيمُ الَّذِي لَيْسَ كَمِثْلِهِ شَيْ‏ءٌ وَ هُوَ السَّمِيعُ الْبَصِيرُ وَ هَذَا شَهْرٌ عَظَّمْتَهُ وَ كَرَّمْتَهُ وَ شَرَّفْتَهُ وَ فَضَّلْتَهُ عَلَى الشُّهُورِ وَ هُوَ الشَّهْرُ الَّذِي فَرَضْتَ صِيَامَهُ عَلَيَّ وَ هُوَ شَهْرُ رَمَضَانَ الَّذِي أَنْزَلْتَ فِيهِ الْقُرْآنَ هُدًى لِلنَّاسِ وَ بَيِّنَاتٍ مِنَ الْهُدَى وَ الْفُرْقَانِ وَ جَعَلْتَ فِيهِ لَيْلَةَ الْقَدْرِ وَ جَعَلْتَهَا خَيْرا مِنْ أَلْفِ شَهْرٍ فَيَا ذَا الْمَنِّ وَ لا يُمَنُّ عَلَيْكَ مُنَّ عَلَيَّ بِفَكَاكِ رَقَبَتِي مِنَ النَّارِ فِيمَنْ تَمُنُّ عَلَيْهِ وَ أَدْخِلْنِي الْجَنَّةَ بِرَحْمَتِكَ يَا أَرْحَمَ الرَّاحِمِينَ

Oxunuşu: Yə `Aliyyu yə `Azimu yə ğafuru yə rahimu, əntə-r-rabbu-l`azimu-l-ləzi ləysə kəmisli şəy`un va huva-s-səmi`ul-bəsiru, va həzə şəhrun `azzəmtəhu va kərramtəhu va şərraftəhu va fəddaltəhu `alə-ş-şuhuri, va huva-ş-şəhru-l-ləzi fəradtə sıyəməhu aləyyə, va huva şəhru Ramədanə-l-ləzi ənzəltə fihi-l-Qur`ənə hudən linnəsi, va bəyyinətin minə-l-hudə va-l-furqani, va cə`altə fihi ləylətə-l-qadri, va cə`altəhə xayran min əlfi şəhrin, fəya zə-l-mənni va lə yumənnu `aləykə, munnə `aləyyə bifəkəki raqabəti minə-n-nəri fi mən təmunnu `aləyhi, va ədxilni-l-cənnətə birahmətikə yə ərhamə-r-rahiminə.

Şeyx Kəfəmi “Misbah” və “Bələdul-Əmin”, Şeyx Şəhid isə məcmuəsində Həzrət Rəsulullahdan (s) rəvayət etmişdir ki, o Həzrət (s) buyurub: Hər kim bu duanı Ramazan ayında hər vacib namazdan sonra oxusa Haqq-Taala onun günahlarını Qiyamət gününə qədər bağışlayar. Həmin dua budur:

اللَّهُمَّ أَدْخِلْ عَلَى أَهْلِ الْقُبُورِ السُّرُورَ اللَّهُمَّ أَغْنِ كُلَّ فَقِيرٍ اللَّهُمَّ أَشْبِعْ كُلَّ جَائِعٍ اللَّهُمَّ اكْسُ كُلَّ عُرْيَانٍ اللَّهُمَّ اقْضِ دَيْنَ كُلِّ مَدِينٍ اللَّهُمَّ فَرِّجْ عَنْ كُلِّ مَكْرُوبٍ اللَّهُمَّ رُدَّ كُلَّ غَرِيبٍ اللَّهُمَّ فُكَّ كُلَّ أَسِيرٍ اللَّهُمَّ أَصْلِحْ كُلَّ فَاسِدٍ مِنْ أُمُورِ الْمُسْلِمِينَ اللَّهُمَّ اشْفِ كُلَّ مَرِيضٍ اللَّهُمَّ سُدَّ فَقْرَنَا بِغِنَاكَ اللَّهُمَّ غَيِّرْ سُوءَ حَالِنَا بِحُسْنِ حَالِكَ اللَّهُمَّ اقْضِ عَنَّا الدَّيْنَ وَ أَغْنِنَا مِنَ الْفَقْرِ إِنَّكَ عَلَى كُلِّ شَيْ‏ءٍ قَدِيرٌ . 

Oxunuşu: Allahummə ədxil `alə əhli-l-quburi-s-surura, Allahummə əğni kullə fəqirin, Allahummə əşbi` kullə cə`i`in, Allahummə-k-su kullə `uryənin, Allahummə-q-di dəynə kulli mədinin, Allahummə fərric `an kulli məkrubin, Allahummə ruddə kullə ğaribin, Allahummə fukkə kullə əsirin, Allahummə əslih kullə fəsidin min umuri-l-musliminə, Allahummə-ş-fi kullə məridin, Allahummə suddə fəqranə biğinəkə, Allahummə ğayyir su`ə halinə bihusni halikə, Allahummə-q-di `annə-d-dəynə va əğninə minə-l-fəqri, innəkə `alə kulli şəy`in qadirun.

Şeyx Kuleyni “Kafi” kitabında Əbu Bəsirdən rəvayət edib ki, İmam Sadiq (ə) Ramazan ayında bu duanı oxuyardı:

اللَّهُمَّ إِنِّي بِكَ وَ مِنْكَ أَطْلُبُ حَاجَتِي وَ مَنْ طَلَبَ حَاجَةً إِلَى النَّاسِ فَإِنِّي لا أَطْلُبُ حَاجَتِي إِلا مِنْكَ وَحْدَكَ لا شَرِيكَ لَكَ وَ أَسْأَلُكَ بِفَضْلِكَ وَ رِضْوَانِكَ أَنْ تُصَلِّيَ عَلَى مُحَمَّدٍ وَ أَهْلِ بَيْتِهِ وَ أَنْ تَجْعَلَ لِي فِي عَامِي هَذَا إِلَى بَيْتِكَ الْحَرَامِ سَبِيلا حِجَّةً مَبْرُورَةً مُتَقَبَّلَةً زَاكِيَةً خَالِصَةً لَكَ تَقَرُّ بِهَا عَيْنِي وَ تَرْفَعُ بِهَا دَرَجَتِي وَ تَرْزُقَنِي أَنْ أَغُضَّ بَصَرِي وَ أَنْ أَحْفَظَ فَرْجِي وَ أَنْ أَكُفَّ بِهَا عَنْ جَمِيعِ مَحَارِمِكَ حَتَّى لا يَكُونَ شَيْ‏ءٌ آثَرَ عِنْدِي مِنْ طَاعَتِكَ وَ خَشْيَتِكَ وَ الْعَمَلِ بِمَا أَحْبَبْتَ وَ التَّرْكِ لِمَا كَرِهْتَ وَ نَهَيْتَ عَنْهُ وَ اجْعَلْ ذَلِكَ فِي يُسْرٍ وَ يَسَارٍ وَ عَافِيَةٍ وَ مَا أَنْعَمْتَ بِهِ عَلَيَّ وَ أَسْأَلُكَ أَنْ تَجْعَلَ وَفَاتِي قَتْلا فِي سَبِيلِكَ تَحْتَ رَايَةِ نَبِيِّكَ مَعَ أَوْلِيَائِكَ وَ أَسْأَلُكَ أَنْ تَقْتُلَ بِي أَعْدَاءَكَ وَ أَعْدَاءَ رَسُولِكَ وَ أَسْأَلُكَ أَنْ تُكْرِمَنِي بِهَوَانِ مَنْ شِئْتَ مِنْ خَلْقِكَ وَ لا تُهِنِّي بِكَرَامَةِ أَحَدٍ مِنْ أَوْلِيَائِكَ اللَّهُمَّ اجْعَلْ لِي مَعَ الرَّسُولِ سَبِيلا حَسْبِيَ اللَّهُ مَا شَاءَ اللَّهُ 

Oxunuşu: Allahummə inni bikə va minkə ətlubu hacəti, va mən taləbə hacətən ilə-n-nəsi fə`inni lə ətlubu hacəti illə minkə, vahdəkə lə şərikə ləkə, va əs`əlukə bifadlikə va ridvanikə ən tusalliyə `alə Muhammədin va Əhli Bəytihi, va ən təc`alə li fi `ami həzə ilə bəytikə-l-hərami səbilən, hiccətən məbruratən mutəqabbələtən zəkiyətən xalisatən ləkə, təqarru bihə `ayni va tərfə`u bihə dəracəti, va tərzuqani ən əğudda va ən əhfəza fərci, va ən əkuffə bihə `an cəmi`i məharimikə, hattə lə yəkunə şəy`un əsəra `indi min ta`atikə va xaşyətikə, va-l-`aməli bimə əhbəbtə va-t-tərki limə kərihtə va nəhəytə `anhu, va-c-`al zəlikə fi yusrin va yəsərin va `afiyətin va mə ən`amtə bihi `aləyyə, va əs`əlukə ən təc`alə vafəti qatlən fi səbilikə təhtə rayəti nəbiyyikə mə`a əuliyə`ikə, va əs`əlukə ən təqtulə bi ə`də`əkə va ə`də`ə rasulikə, va əs`əlukə ən tukriməni bihəvanin mən şi`tə min xalqikə, va tuhinni bikəraməti əhədin min əuliyə`ikə, Allahummə-c-`al li mə`a-r-rasuli səbilən həsbiyə-l-lahu mə şə`ə-l-lahu.

Şeyx Abbas Qummi deyir ki, bu dua “Həcc duası” adlanır. Seyid “İqbal” kitabında bu duanı Ramazan ayının gecələrində  məğribdən sonra oxumağı  İmam Sadiqdən (ə) rəvayət etmişdir.

Kəfəmi “Bələdul-Əmin” kitabında buyurub ki, Ramazan ayının hər günü, onun birinci gecəsi bu duanı oxumaq müstəhəbdir.

Şeyx Müfid “Muqniə” kitabında bu duanı ayın birinci gecəsi məğrib namazından sonraya aid edərək rəvayət etmişdir.

Bunu bilmək lazımdır ki, Ramazan ayının gecə və gündüzlərinin ən fəzilətli əməli Quran oxumaqdır. Quran bu ayda nazil olduğu üçün  onu çoxlu oxumaq gərəkdir. İslami əsərlərdə qeyd edilmişdir  ki, hər bir şeyin bir baharı olduğu kimi Ramazan ayının baharı da Qurandır. Digər aylarda bir Quran xətmi müstəhəbdir və Quranı ən azı altı gün ərzində xətm etmək rəvayət edilmişdir. Ancaq Ramazan ayında hər üç gündən bir Quran xətm etmək müstəhəbdir. Əgər bacarmaq mümkündürsə günə bir Quran xətm etmək daha yaxşıdır.

Əllamə Məclisi buyurub ki, imamlardan (ə) bəzilərinin bu ayda qırx və ya daha çox Quran xətmi etdikləri bəzi hədislərdə qeyd edilmişdir. Əgər hər bir Quranın xətminin savabını on dörd məsumdan birinin ruhuna hədiyyə etsələr bu işin savabı ikiqat çoxdur. Bəzi rəvayətlətdən məlum olur ki, bu cür şəxsin mükafatı Qiyamət günü onlarla (yanaşı) olmasıdır.

Bu ayda çoxlu sayda dua, salavat və istiğfar etmək, çoxlu “Lə iləhə illə-l-lah” demək tövsiyə edilmişdir. Dördüncü İmam Zeynulabidinin (ə) Ramazan ayı daxil olduqda dua, təsbih, istiğfar və təkbirdən başqa bir şey danışmadığı da dini mətnlərdə qeyd edilmişdir. Bu ayda, həmçinin, ibadət, xüsusilə gecə və gündüz nafilələrini yerinə yetirməyə diqqət və əhəmiyyət göstərilməsi də möminlərə tövsiyə edilmişdir.


Hazırlardı: Fərid Abdullah
“Məfatihul-Cinan”dan istifadə edilmişdir.

Комментариев нет:

Отправить комментарий